"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayırlar.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən, təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirir ki, yanğın təhlükəsizliyinə laqeyd yanaşmaq acı nəticələrə səbəb ola bilər. 


Onun sözlərinə görə, təyinatından asılı olmayaraq bütün obyektlərdə yanğın təhlükəsizliyi məsələsinə ciddi yanaşmaq lazımdır.


Ekspert qeyd edir ki, yanğın təhlükəsizliyi üçün zəruri avadanlıqların quraşdırılması və onların daim saz vəziyyətdə saxlanılması olduqca vacibdir:


“Obyektlər ilkin yanğınsöndürmə vasitələri, yanğın xəbərdaredici siqnalizasiya sistemləri, ehtiyat su çənləri, yanğın hidrantları ilə təmin olunmalı və bu vasitələrin hamısı işlək vəziyyətdə saxlanılmalıdır. Bu, qanunvericilikdə də əksini tapıb”.

 


Yanğınların səbəblərinə toxunan ekspert bildirir ki, statistika üzrə yanğınların əksəriyyəti məhz elektriklə bağlı nasazlıqlar nəticəsində baş verir:


“Yanğınların böyük əksəriyyəti elektrik qısaqapanmasının payına düşür. Ona görə də elektrik təsərrüfatının saz vəziyyətdə olmasına diqqət yetirilməlidir. Elektrik şəbəkəsi normadan artıq yüklənməməlidir. Bu, naqillərin qızmasına, qısaqapanmaya və alışmaya səbəb olur”.


E.Nurəliyevin sözlərinə görə, bir çox hallarda evdə eyni anda bir neçə elektrik cihazının işləməsi riskləri artırır:


“Əgər evdə eyni vaxtda qabyuyan, paltaryuyan maşın, kondisioner, televizor və digər cihazlar işləyirsə, üstəlik elektrik şəbəkəsi də saz deyilsə, yaxud keyfiyyətsiz naqillərdən istifadə olunubsa, bu, artıq qızma və nəticədə yanğına səbəb ola bilər”.


Ekspert iş yerlərində də təhlükəsizlik tədbirlərinin unudulmamalı olduğunu vurğulayır:


“İş yerlərində də yanğın təhlükəsinə qarşı davamlı və planlı tədbirlər görülməlidir. Yoxlamalar aparılmalı, əməkdaşlara mütəmadi təlimlər keçirilməlidir”.
Əlavə olaraq E.Nurəliyev tövsiyələrini də bildirib: "Hər mənzildə və obyektdə işlək vəziyyətdə ən azı bir yanğınsöndürən balon olmalıdır. Elektrik cihazları istifadədən sonra şəbəkədən çıxarılmalıdır. Balkon və pilləkənlərdə tezalışan materiallar saxlanmamalıdır"


Mütəxəssis bildirir ki, bu cür sadə, amma vacib qaydalara əməl etməklə bir çox faciələrin qarşısını almaq mümkündür.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...