Dünyanın ən dar şəhəri: Eni bir neçə metrdir – VİDEO

Dünyanın ən dar şəhəri: Eni bir neçə metrdir – VİDEO

Çinin Yunnan əyalətində yerləşən Yanjin şəhəri “dünyanın ən dar şəhəri” kimi tanınır. İki nəhəng dağın arasında yerləşən və yalnız bir neçə metr enə malik olan bu şəhər bəzi yerlərdə 30 metrə qədər daralır.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şəhər dağlarla Nanxi çayı arasında sıxışdığı üçün üfüqi genişlənmə mümkün deyil.

 

Təxminən 400 min nəfərin yaşadığı Yanjində sakinlər məcburən hündür binaların inşaata üstünlük veriblər. Beləliklə, şəhər üst-üstə tikilmiş evlər, dükanlar və ictimai binalardan ibarət unikal bir görünüş qazanıb.


Bəzi küçələrin eni cəmi iki nəfərin yan-yana keçə biləcəyi qədərdir. Şəhərin hər iki sahili dar körpülərlə bir-birinə bağlanır, binaların bir hissəsi isə birbaşa dağ yamaclarına inşa edilib.


Yanjin tarixi baxımdan da əhəmiyyətlidir. Antik Cənub İpək Yolu üzərində yerləşən şəhər əsrlər boyu ticarət yollarının əsas keçid nöqtələrindən biri olub. Tarixdə “Sichuan və Yunnan’a açılan qapı” kimi tanınan şəhər, strateji mövqeyi ilə seçilib.


Dar yollar səbəbindən şəhərdə nəqliyyat əsasən piyada, motosiklet və velosipedlə təmin olunur. Evlər isə Nanxi çayının daşqın təhlükəsinə qarşı sütunlar üzərində inşa edilib. Yağışlı mövsümdə çayın səviyyəsi qalxaraq şəhərin alçaq ərazilərini təhdid edə bilir. Şəhərin dik yamacları isə torpaq sürüşməsi riski yaradır.
Yanjində həyat əsasən öz-özünə yetən bir sistemə əsaslanır. Balıqçılıq, kiçik təsərrüfat və yerli sənətkarlıq əhalinin əsas dolanışıq mənbəyidir. Şəhər mərkəzində yer qalmadığı üçün bir çox sakin şəhər kənarında əkinçilik və heyvandarlıqla məşğuldur.


Dünyanın 197 ölkəsini gəzmiş məşhur “YouTuber” Drev Binsky Yanjinlə bağlı təəssüratlarını belə bölüşüb:


“Bu qədər dar bir məkana bu səviyyədə uyğunlaşmış başqa bir şəhər görməmişəm. Hər santimetri dəqiq planlanıb. Vizual olaraq heyranedici, lakin yaşamaq baxımından bir o qədər çətindir. Möhtəşəm bir yerdir”.


Bəsti Rəfizadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?

İran 12 günlük münaqişə nəticəsində İsrailə 550-yə yaxın raket və 1000-dən çox pilotsuz uçuş aparatı atıb.   Sfera.az xəbər verir ki, bunu İsrail Baş...

Qadına qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanıldı

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət aparm...

Lavrov Türkmənistana gəldi

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkmənistana səfər edib.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.   XİN rəh...

Öz-özünə polkovnik rütbəsi veribmiş -Eks-rəisə 10 il həbs!

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi polkovnik Mirzə Cəlilovun barəsində Dövlət Təhlükəsizli...

İrandan sonra İsrail də itkilərini elan etdi

İsraildə İranın hücumu nəticəsində 28 nəfər ölüb, 1472 nəfər yaralanıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri D...