Veysəloğlu şirkəti 50 tələbəyə təqaüd ayırdı - FOTOLAR

Veysəloğlu şirkəti 50 tələbəyə təqaüd ayırdı - FOTOLAR

2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov ilə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov arasında Qarabağ Universitetinin 50 tələbəsini əhatə edən illik təqaüd proqramına dair əməkdaşlıq sənədi imzalanıb.

 

Sfera.az xəbər verir ki, təqaüdlər 2025–2026-cı tədris ilində Qarabağ Universitetinə qəbul olunacaq və tələbə adını qazanmış gənclərə şamil olunacaq. Məqsəd – təhsildə bərabər imkanlar yaradaraq regionun sosial və iqtisadi inkişafına təkan vermək, insan kapitalına sərmayə yönəltməkdir.

 

Qarabağ Universitetində təhsil alan tələbələrə dəstəklə bağlı Aydın Talıbov bildirib ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun şücaəti ilə azad edilmiş torpaqlarda bu gün təhsilin inkişafı ilə bağlı real addımların atılması olduqca qürurvericidir:


“Zəfərin beşinci ilində regionun inkişafında mühüm rol oynayan Qarabağ Universitetinin tələbələri üçün ayrılan təqaüdlər təhsilə yatırılan sərmayənin mühüm əhəmiyyətindən xəbər verir. Qarabağda təhsilə dəstək olmaq bizim üçün yalnız sosial məsuliyyət deyil, həm də tarixi bir öhdəlikdir. İnsan kapitalı olmadan infrastrukturun gələcəyi yoxdur – biz inanırıq ki, gələcəyin Qarabağı bu gənclərin düşüncəsində və zəhmətində formalaşacaq”.

 

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda yalnız iqtisadi və logistik infrastrukturun deyil, həm də ali təhsilin, innovasiya düşüncəsinin və müasir gəncliyin inkişafına töhfə verməyə davam edir.

 

Forum çərçivəsində dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə həyata keçirilən bu təşəbbüs Qarabağda dövlət-özəl tərəfdaşlığının yeni mərhələsinə keçidinin göstəricisi kimi dəyərləndirilir. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və digər rəsmilər iştirak edirlər.

 


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...