Rusiyanın 102-ci bazası qarşısında ermənilərin geniş etiraz aksiyası gözlənilir...

Dünya
10:44 / 08.01.2019
1969
Rusiya əsgəri tərəfindən Avetisyan ailəsinin qətlə yetirilməsinin 4-cü ildönümü və digər rus hərbçinin öldürdüyü Cülyetta Qukasyanın ölümünün 40-cı günü ilə bağlı yanvarın 12-də Rusiya Müdafiə Nazirliyinin Gümrüdəki 102-ci bazası qarşısında hüzn və etiraz aksiyası keçiriləcək.
Bu haqda Ermənistanın Avropa partiyasının qurucusu Tiqran Xzmalyan "Facebook” səhifəsində məlumat verib.
Xatırladaq ki, sözügedən erməni partiyası dekabr ayında da Rusiya qoşunlarının ölkədən çıxarılması tələbi ilə İrəvanda aksiya təşkil etmişdi.Moderator.az