Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən  keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə yol verilib. Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcək.

 

Qeyd edək ki, DİM imtahana hazırlıq, keçirilmə və yoxlanış proseslərinə xüsusi diqqət ayırır. Bir neçə mərhələli nəzarət sistemi qurulur. Tapşırıqlar xeyli öncədən, test bazasına daxil edilməmişdən öncə də yoxlanılır. İmtahan günü hansı tapşırıqların veriləcəyini yenə də ən azı iki peşəkar müəllim yoxlayır, hər ikisi təsdiqlədikdən sonra qəbula buraxılır.

 


Bu qədər yoxlamalardan, təsdiqləmələrdən sonra yenidən səhvlərin olması çox düşündürücüdür.  

 

Maraqlıdır, bu necə baş verir? Bundan sonra bu kimi halların qarşısının alınması üçün hansı tədbirlər görüləcək?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bildirib ki, imtahan suallarının hazırlanması, yoxlanılması və redaktəsi bir sıra mərhələlərdən keçir. 

 

 

Onun sözlərinə görə, mərkəzləşdirilmiş qaydada qəbul imtahanları keçirilən ölkələrin əksəriyyətində, hətta bir ay və daha uzun müddətə davam edən “qapalı məkan”da (bunkerdə) aparılan yoxlamalardan və çoxsaylı ekspert təftişlərindən keçməsinə baxmayaraq, bəzən yanlış olduğu üçün ləğv edilən suallar olur. Bu praktika bütün dünyada var.

 

DİM rəsmisi texniki səhvlərin səbəbini açıqlayıb:


“Bu halın əsas səbəblərindən biri odur ki, müəlliflər bəzən konkret bir həll yoluna fokuslanaraq bəzi incəlikləri nəzərdən qaçırırlar. Bəzən ekspertlər şagird davranışlarını əsas götürərək, onların konkret qaydalar əsasında tapşırığı necə həll edə biləcəklərini düşünürlər və sualı həmin çərçivədə qiymətləndirirlər. Lakin digər nüanslar nəzərə alınmadıqda, bu sual korrekt olmaya bilər.

Adətən bu cür hallar imtahan iştirakçıları tərəfindən hiss edilmir və onlar verilmiş formal qaydalarla tapşırığı yerinə yetirirlər. Lakin belə hallar aşkar edildikdə, hətta heç bir rəsmi müraciət daxil olmasa belə, Dövlət İmtahan Mərkəzi tərəfindən müvafiq tədbirlər görülür”.

 

X.Xanlarzadə qeyd edib ki, DİM ekspertləri üçün hazırlanmış metodiki göstərişlərdə bu cür halların təsnifatı aparılır və hər biri ilə bağlı müvafiq izahat təqdim olunur:

 

“Bundan əlavə, insan faktoruna əsaslanan yoxlamalarla yanaşı, həndəsə məsələlərinin həllində beynəlxalq praktikada istifadə olunan kompüter proqramlarından da istifadə edilir. Ancaq burada əsas məsələ ondan ibarətdir ki, belə hallarda Dövlət İmtahan Mərkəzi iştirakçıların xeyrinə qərar qəbul edir və həmin sual bütün imtahan iştirakçıları üçün doğru cavablandırılmış hesab olunur”.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...