Gürcüstanda daha bir nəfər donuz qripindən öldü

Dünya
09:04 / 08.01.2019
2319
Gürcüstanda "donuz qripi" daha bir nəfərin ölümünə səbəb olub.
Sfera.az xəbər verir ki, iki həftə əvvəl Tbilisinin Müqəddəs Lazar xəstəxanasına "donuz qripi"nə yoluxmuş 41 yaşlı qadın daxil olub. Onun həyatını xilas etmək mümkün olmayıb.
Həkimlərin fikrincə, qadını onun xroniki xəstəlikləri olduğuna və həkimə gec müraciət etdiyinə görə müalicə etmək mümkün olmayıb.
Qeyd ədək ki, Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı artıq 10 nəfərə çatıb.