Rektor zəkat pulu ilə bahalı maşın aldı - FOTO

Dünya
12:13 / 30.12.2018
2721
Türkiyənin Aksaray Universitetinin rektoru Yusuf Şahinin bahalı xidməti avtomobilinin ianə pulu ilə alındığı ortaya çıxıb.
Bu barədə Türkiyə mediası yazıb.
Məlumata görə, bunun üçün bir iş adamından 100 min lirə alınıb. İş adamı universitetə yardım üçün 100 min lirə ödəyib. Qeyd edək ki, rektorun avtomobili 750 min lirəlik "Audi A6” avtomobildir. Universitetə ianə vermiş iş adamı hadisə ilə bağlı bunları deyib:
"Bu ianəni zəkat olaraq verdik. Mənə yardım etsəniz sevinərik dedilər. Bundan əvvəlki maşın nasaz imiş.Biz də düşündük ki, bir xeyir görək”.Cebhe
