İranla bağlı yeni dəhşətli faktlar üzə çıxdı: 13 yaşlı qızlarla azyaşlı oğlanlar...

İranla bağlı yeni dəhşətli faktlar üzə çıxdı: 13 yaşlı qızlarla azyaşlı oğlanlar...
İranda 13 yaşdan aşağı uşaqların evlənməsi faktlarının sayı sürətlə artmaqdadır.

Bu barədə İranda fəaliyyət göstərən insan haqları müdafiəçiləri İran Statistika Mərkəzinin dərc etdiyi məlumatlara əsasən, informasiya yayıb.

Bu informasiya İran Milli Məclisinin Məhkəmə və Hüquq Komitəsinin bu yaxınlarda 13 yaşdan aşağı uşaqların evliliyini qadağan edən qanun layihəsini rədd etməsindən sonra yayımlanıb.

Məlumata görə, 2012-ci il ərzində ölkədə nikaha daxil olmuş qadınların yalnız 4.9%-i 15 yaşdan kiçik qızlar olsa da, 2016-cı ildə bu rəqəm 5.6% təşkil edib. Beləliklə, təkcə 2016-cı ildə 39 mindən çox 15 yaşdan aşağı qız uşağı nikaha daxil olub. Məlumatda qeyd edilən illər arasında, 4 il ərzində İranda 200 mindən çox 15 yaşdan aşağı qız və oğlan uşaqları ailə qurub.

Qeyd edək ki, erkən evlilik zamanı yaranan hamiləlik ana və uşağın ölümünə səbəb ola bildiyindən uşaqların evliliyi BMT tərəfindən qadağan edilib.

Erkən evliliklə bağlı İran Milli Məclisində uzun müddət ərzində müzakirələr aparılıb. İnqilabdan əvvəl İranda qanuni evlilik yaşı 15 və 18 yaşlar arası olsa da, bu rəqəm inqilabdan sonra 1-ci çağırış Milli Məclis tərəfindən 1982-ci ildə 13 və 15 yaş həddinə endirilib. 6-cı çağırış İran Milli Məclisi 2000-ci ildə qanuni evlilik həddini qızlar üçün 15 yaşdan, oğlanlar üçün isə 18 yaşdan yuxarı müəyyənləşdirsə də, Nəzarət Şurası bu qanun layihəsinin əleyhinə çıxmışdı. Buna görə də İran Ali Məsləhət Şurası bu qanun layihəsini təsdiqləməmişdi.

2002-ci ildən isə İran ailə məcəlləsində 13 yaşdan kiçik qız uşaqlarının nikaha daxil olmasına icazə verilir. (publika.az)

OXŞAR XƏBƏRLƏR

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...

MN-dən partlayış səsləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

2-5 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi...

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür&...

Daha bir gənc müəllim qəfil vəfat etdi - FOTO

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib.   Sfera.az “qafqazinfo.az”a istinadən xə...

"Bu tarixdə dünyanın sonu gələcək" - İDDİA

Alimlər atmosferdəki oksigen səviyyəsinin təxminən 1 milyard il sonra azalacağını açıqlayıblar.   Sfera.az “Milliyet” nəşrinə istinadən x...