Moskva ilə, Yerevan arasında şok gərginlik: Rus əsgəri həbs edildi

08:57 / 17.12.2018
8274
Ermənistan
Baş Prokurorluğunun Gümrüdəki 102-ci rus
hərbi bazasında xidmət edən əsgərinin həbsini
təsdiqləməsi, Rusiya Ermənistan arasında gərginlik yaradıb.
Sfera.az xəbər
verir ki, 57 yaşlı
Julietta Qazaryanı qətlə yetirməkdə ittiham olunan əsgərin həbs edilməsi rəsmi
Moskvanın qəzəbinə səbəb olub. Rusiya tərəfi əsgərin cinayətdə iştirakını sübut
etməyən güc stukrukturlarını əsgərin dərhal azad edilməsini tələb edib.Qeyd edək
ki, rus əsgər dekabrın 10-da Gümrüdə həbs olunub.
Bu, 102-ci Rusiya hərbi bazasına aid olan ilk faciəli hadisə deyil. Xatırladaq ki, 12 yanvar 2015-ci ildə Rusiya hərbi bazasının əsgəri Valeri Permyakov Avetisyan ailəsinin yeddi üzvünü öldürmüşdü. Nikol Paşinyana yaxınlığı ilə seçilən ekspert Ruben Megrabyan Rusiya hərbi bazasının müstəqil Ermənistan dövlətininərazisində olmasını dövlətin suvernliyinə təhlükə adlandırıb.” Gümrüdəki 102 saylı hərbi baza bağlanmalıdır. Eus əsgəri Ermənistan ərazisindən çıxarılmalıdır.”-deyə ekspert Ruben Megrabyan bildirib.