Qarabağda nə baş verir?

Qarabağda nə baş verir?

Qondarma Dağlıq Qarabağ respublikasının lideri Bako Saakyanın fərmanı ilə dünən qondarma respublikanın "müdafiə naziri, müdafiə ordusunun komandanı" Levon Mnatsakanyan vəzifədən azad edilib və "fövqəladə hallar xidmətinin" direktoru təyin edilib.

 

Onun vəzifəsinə müvafiq fərmanla "birinci müavini, qərargah rəisi general-mayor Karen Abrahamyan təyin olunub". Bu dəyişiklər son dövrlər Xankəndi ilə himayəçiləri olan Yerevan arasında dərin uçurumun baş verdiyini göstərir.

Ən əsası artıq Qarabağda  yerli əhali  Bako Saakyanın və komandasına inanmır. Ümumilikdə təcrid olanan əhalinin böyük hissəsi Azərbaycana simpatiyalarını gizlətmirlər. Səbəb son 26 il ərzində inkişafdan qalmaları, sosial ədalətsizlik, işsizliyin pik həddə çatmasıdır.       Yerli əhaliyə verilən  heç bir vəd yerinə yetirilməyib.

 

Xatırladaq ki, Ermənistanda parlament seçkilərinin təşviqat kampaniyası əsnasında Nikol Paşinyanın Qarabağ rəhbərliyinin ünvanına sərt ifadələr işlətmiş, onları oyundan kənar oyunçu adlandırmışdı.

Rəhbərlik etdiyi "Mənim addımım" blokun növbədənkənar parlament seçkiləri təşviqat kampaniyası çərçivəsində noyabrın 29-da çıxış edən Nikol Paşinyan, öz ünvanına tənqidi bəyanatlarla bağlı, Dağlıq Qarabağ rəhbərliyindən izahat tələb edəcəyini bəyan etmiş, Bako Sahakyanı isə "öz hökumət nümayəndələrini nizam-intizama dəvət etməyə" çağırıb.

 

"Doğrusu, mən Dağlıq Qarabağ Respublikası hakimiyyət nümayəndələrinin bu canlanmasından baş çıxarda bilmirəm. Nə oldu birdən-birə, bunlar fəallaşdı, cürbəcür şərhlər edir, Ermənistan parlament seçkiləri kampaniyasında öz iştiraklarını göstərmək istəyirlər? - Paşinyan narazılığını bildirib. - Deməliyəm ki, bununla bağlı mənim çoxlu sualım var, və mən bunu mütləq Bako Saakyanla müzakirə edəcəyəm".

 

"Ona kimi isə, cənab Saakyanı öz hökumət nümayəndələrini nizam-intizama dəvət etməyə və öz işləri ilə məşğul olmağa göndərməyə çağırıram", - Paşinyan deyib. Görünən odur ki, son dövrlər rəsmi Yerevanın əmrlərinə tabe olmayan Qarabağləlar cəzalandırıla bilər. Buna səbəb qeyd etdiyimiz kimi, Qarabağ ermənilərinin Azərbaycana olan sevgilərini açqı şəkildə bəyan etmələridir.

Paşinyan Bako Saakyanın mətbuat katibi David Babayanın onun dediklərini şərh etdiyinə əsəbləşib. Artıq rəsmi Yerevanda hesab edirlər ki, Qarabağda  Azərbaycan tərəfdarlarının sayı artır. Görünən isə odur ki, tezliklə Qarabağda baş verənlərin fonunda yeni irəlləyişlər olacaq. Çünki bütün beynəlxalq lahiyyələrdən kənarda qalan Ermənistan ona lazım olmayanı itirməkdən qorxmur. Paşinyan isə siyasətdə güşəş etmək niyyətini sətiraltı ifadə edir.

Seymur



OXŞAR XƏBƏRLƏR