Bakıda Rusiya və Türkiyə XİN başçılarının görüşü keçirilir

11:43 / 14.12.2018
2529
Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov ilə Mövlud Çavuşoğlu Bakıda ikitərəfli görüş keçirirlər.
Təkbətək görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığı, eləcə də aktual regional məsələləri müzakirə edəcəklər.
Görüş Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində baş tutub.