Ağız qoxusundan bu üsulla xilas olun - XALQ TƏBABƏTİ
01:17 / 21.02.2018
2196
Ağız qoxusu problemi bəzən ortaya çıxan və uzun müddət davam edən şikayət olaraq göstərilə bilər.
Sfera.az xəbər verir ki, ağız qoxusunun əsas səbəbi ağız içindəki bakteriyalardır. Bu bakteriyalar ağızdakı istilik və nəm ilə böyüyür.
Ağız qoxusunu yaradan əsas səbəblər nələrdir?
Diş çürüyü və infeksiyalar
Ağızdan nəfəs almaq
Mədə problemləri
Yuxarı tənəffüs sisteminin infeksiyası
Qaraciyər və bağırsaq xəstəlikləri
Dildə əmələ gələn göbələk kimi xəstəliklər ağız qoxusunun səbəbləri arasındadır.
Əgər ağız qoxusu çoxdursa, mütləq həkimə müraciət etməlisiniz, ancaq problemdən xilas olmaq üçün siz də bəzi qaydalara əməl etməlisiniz.
Gündə 2 dəfə dişlərinizi fırçalayın. Sadəcə dişlərinizi deyil, dilinizi də fırçalamaq məsləhətdir. Diş fırçanızı tez-tez dəyişdirin. Ağız qarqarası edin. İldə ən az 1 dəfə diş həkiminə gedin. Çoxlu su için. Şəkərsiz saqqız çeynəyin.
Ağız qoxusunu aparan təbii üsullar
Darçın
Ağızdakı bakteriyaların yayılmasını dayandırır. Limon, bal, darçın və isti sudan qarışıq hazırlayıb qarqara edə bilərsiniz.
Soda
Ağız qoxusuna çarə olaraq sodanı ilıq suyun içərisinə töküb qarqara edə və ya diş fırçanızı sodaya batırıb diş məcunu kimi istifadə edə bilərsiniz.
Limon suyu
Limon suyunun turşulu təsiri ağızdakı bakteriyaların yox olmasına yardımçı olur. Gündə bir dəfə limon suyunu bir stəkan su ilə qarışdırıb qarqara etmək qoxudan xilas olmağınıza kömək edəcək.
Metbuat.az