Bakıda rüşvət alan baş həkim belə həbs edildi - VİDEO
Cəmiyyət
10:26 / 28.02.2017
4479
Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənov rüşvət alarkən həbs olunub
Xəbər verdiyimiz kimi, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənov rüşvət alarkən həbs olunub.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib almasına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
APA TV-yə istinadən Baş Prokurorluğun Bakı şəhər Narkoloji Dispanserində keçirdiyi istintaq-əməliyyatını əks etdirən görüntüləri təqdim edirik
]