Hərbçilərin nəşləri döyüş meydanından təxliyə edilib - MN
Cəmiyyət
16:54 / 27.02.2017
1255
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, şəhid olmuş Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu döyüş meydanında qalmışdı.