Sabah yaz havası olacaq
Cəmiyyət
12:18 / 25.02.2017
831
Bazar gününün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitidəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə zəif duman. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, günün birinci yarısında 11-16° isti, günün ikinci yarısında 7-11° isti,
Bakıda gecə 4-6° isti, gündüz 14-16°, günün ikinci yarısında 7-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Lakin gündüz bəzi şimal rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.