\"Bütün borclarımızı bir həftəyə ödəyə bilərik...\" - Prezident

\
"Azərbaycanın müxtəlif qurumlara potensial qoşulmasına gəldikdə, mən sizə belə bir cavab verə bilərəm. Biz özümüzü cari mövqeyimizdə çox rahat hiss edirik".

Bu sözləri fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

O bildirib ki, Azərbaycan özünü təmin edən iqtisadiyyatı olan bir ölkədir: "Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdəyik, MDB məkanında isə birinci yerdəyik. Bu il Davos İqtisadi Forumu inkişaf edən ölkələrin inkişafı barədə hesabat dərc etmişdir. Biz Litva ilə birinci və ikinci yerləri bölüşürük. Buna görə də Azərbaycandakı iqtisadi vəziyyət müsbətdir. Xarici borcumuz çox azdır. Bu, ümumi daxili məhsulun 20 faizindən azdır. Bizim mövcud valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən də çoxdur. Başqa sözlə, biz bütün borclarımızı bir həftəyə ödəyə bilərik və bu, iqtisadi imkanların göstəricisidir. Buna görə bu gün bizim qarşımızda harasa qoşulmaq məqsədi durmur. Qoşulanda siz daha yaxşı nəticələr əldə etmək üçün qoşulursunuz. Siz daha çox üstünlüklər, daha çox inkişaf imkanları əldə etmək üçün qoşulursunuz. Biz özümüzü bu mövqedə rahat hiss edirik.

Eyni sözləri Avropa təsisatları ilə əməkdaşlığımıza dair söyləyə bilərəm. Biz "Şərq tərəfdaşlığı proqramı”nın altı ölkəsindən biriyik və biri olmaqda davam edirik. Lakin biz Ukrayna, Gürcüstan və Moldovadan fərqli olaraq, Assosiasiya sazişini imzalamadıq. Lakin indi nə baş verir? Biz fevralın 7-də Avropa Komissiyasına etdiyimiz layihə təklifi əsasında həmin qurumla danışıqlara başladıq. Avropa Komissiyasının tarixində ilk dəfə idi ki, layihə təklifi Komissiya tərəfindən yox, ölkə tərəfindən irəli sürülür və mandat da verilmişdir. Ümid edirəm ki, bu razılaşma tezliklə tamamlanacaq. O, Avropa İttifaqına üzv olan ölkələr ilə artıq qəbul olunmuş və imzalanmış 9 razılaşma və memoranduma əsaslanır. Başqa sözlə, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri ilə Azərbaycanın strateji tərəfdaşlıq haqqında razılaşma və ya memorandumu var. Bu, nadir bir vəziyyətdir. Biz gələcək iqtisadi planlarımızı milli maraqlarımıza görə qururuq. Buna görə də hazırda bizim hər hansı bir digər beynəlxalq təşkilata qoşulmaq planlarımız yoxdur. Lakin gələcəkdə nə baş verəcəyini həyat göstərəcəkdir".

OXŞAR XƏBƏRLƏR

Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən  keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə y...

"Rabitəbank"ın “Möcüzə Yarmarkası” uşaqlara sevinc, cəmiyyətə ümid yaratdı

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank" tərəfindən həyata keçirilən “Möcüzə Yarmarkası” sosial layihə...

"Qalatasaray" "Bavariya"nın ulduzunu ALIR

"Bavariya"lə müqaviləsinin sonuna yaxınlaşan alman ulduz Leroy Sane ona təqdim olunacaq bütün təklifləri dinlədikdən sonra gələcəyi ilə bağlı qər...

Mauro İkardinin sevgilisi çimərlik şəkillərini paylaşdı - FOTOLAR

Qalatasarayın ulduz futbolçusu Mauro İkardi, klubun çempionluğunu qeyd etdikdən sonra sevgilisi Çina Suares ilə birlikdə İspaniyanın məşhur turizm məkanı olan İ...

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...