\"Prezident İlham Əliyev Münxendə Ermənistanın işğalçı dövlət olduğunu bir daha gündəmə gətirdi\"

\

"Cənab prezident İlham Əliyevin Münxenə səfəri çox uğurlu səfərlərdən biridir".

Sfera.az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, səfər çərçivəsində müxtəlif görüşlər, Azərbaycanla münasibət yaratmaq istəyən ölkələrin başçıları ilə, ayrı-ayrı siyasətçilərlə, şirkət rəhbərləri ilə çox ətraflı və faydalı görüşlər keçirildi:

"Artıq Azərbaycana böyük maraq göstərilir, Azərbaycanla əməkdaşlıq qurmaq istəyən ölkələrin sayı gündən-günə artır. Buna səbəb həm Azərbaycanın təbii sərvətlərinin, həm ölkədəki ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın, həm də hər bir dövlətin investisiya qoyması üçün zəruri olan qanunların və şəraitin olmasıdır".

Millət vəkili bildirib ki, həm ikitərəfli görüşlərdə, həm çoxtərəfli görüşlərdə, həm də öz çıxışlarında cənab prezident, həmişə olduğu kimi, Azərbaycanın maraqlarını çox yüksək səviyyədə müdafiə etdi: "Eyni zamanda cənab prezident Ermənistanın işğalçı dövlət olması, separatçılığı hələ də davam etdirməsi məsələsini bir daha gündəmə gətirdi".

S.Novruzov deyib ki, Ermənistan isə münaqişəni yenidən qızışdırmaq istəyir, işğal edilmiş Azərbaycan ərazilərində qondarma "referendum" keçirməyə çalışır:

"Təbii ki, bu bir şoudur. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və biz öz torpaqlarımızın bir qarışını da heç kimə verməyəcəyik. Bunu cənab prezident də Münxendə öz çıxışında qeyd etdi. "Referendum" tam qeyri-qanunidir. Bununla bağlı BMT, ATƏT və digər beynəlxalq qurumlar tərəfindən də yəqin ki, bəyanatlar olacaq və bəziləri də artıq bəyanatlar verirlər ki, bu cür "referendum" münaqişənin yenidən alovlandırılmasına xidmət edir".


OXŞAR XƏBƏRLƏR

Mauro İkardinin sevgilisi çimərlik şəkillərini paylaşdı - FOTOLAR

Qalatasarayın ulduz futbolçusu Mauro İkardi, klubun çempionluğunu qeyd etdikdən sonra sevgilisi Çina Suares ilə birlikdə İspaniyanın məşhur turizm məkanı olan İ...

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...

MN-dən partlayış səsləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

2-5 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi...

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür&...

Daha bir gənc müəllim qəfil vəfat etdi - FOTO

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib.   Sfera.az “qafqazinfo.az”a istinadən xə...