Xocalı şəhəri və sakinləri ilə bağlı MÜHÜM TƏKLİF

Xocalı şəhəri və sakinləri ilə bağlı MÜHÜM TƏKLİF
Xocalıya "şəhid şəhər”, əhalisinə isə "soyqırıma məruz qalan əhali” statusu verilməlidir.

Bunu Xocalıdan seçilən millət vəkili Elman Məmmədov deyib.

Deputat hesab edir ki, irəli sürdüyü təklif Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır: "Biz Xocalı şəhərinin soyqırıma məruz qaldığını bütün dünyaya nümayiş etdirməliyik. Bunun üçün Xocalıya və onun sakinlərinə xüsusi status verilməlidir. Mən bundna öncə də bu təklifi irəli sürmüşdüm. Bəzi deputat həmkarlarım təklifimi dəstəkləmişdilər. Hesab edirəm ki, beynəlxalq təşkilatların ölkəmizə gələn nümayəndələri bilməlidirlər ki, Azərbaycanda soyqırıma məruz qalmış şəhər var.

Bu insanlar əbədi yaşamayacaqlar. Nə qədər ki, soyqırım dəhşətlərini görən insanlar sağdırlar, onlara status verilməlidir. Çexiya, Fransa, Ukrayna, Belarus, Vyetnam və Polşa kimi ölkələrdə belə yerlər var. Xocalının da soyqırıma məruz qalan şəhər statusu olmalıdır. Bu, çox mühüm siyasi əhəmiyyətə malik məsələdir. Biz bu barədə düşünməliyik”. ( azvision.az)

OXŞAR XƏBƏRLƏR

Mauro İkardinin sevgilisi çimərlik şəkillərini paylaşdı - FOTOLAR

Qalatasarayın ulduz futbolçusu Mauro İkardi, klubun çempionluğunu qeyd etdikdən sonra sevgilisi Çina Suares ilə birlikdə İspaniyanın məşhur turizm məkanı olan İ...

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...

MN-dən partlayış səsləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

2-5 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi...

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür&...

Daha bir gənc müəllim qəfil vəfat etdi - FOTO

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib.   Sfera.az “qafqazinfo.az”a istinadən xə...