\"Əsas təhlükə 14-16 yaşlı uşaqlarla bağlıdır\" - Nazirlik

\

Azərbaycanda uşaqların tütünçəkmə kimi zərərli vərdişlərə yiyələnməsinin qarşısını almaq üçün kompleks işlər aparılmalıdır.

 

Sfera.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Sağlam həyat tərzi üzrə milli koordinatoru Azad Hacıyev bildirib.

Onun sözlərinə görə, əsas təhlükə yeni insanların, xüsusilə yeniyetmələrin bu zərərli vərdişə yiyələnənlərin sırasına qoşulmasıdır: "Əsas qorxu məktəbin son siniflərində oxuyan - 14-16 yaşlı uşaqlarla bağlıdır. Çalışmaq lazımdır ki, uşaqlar bu zərərli vərdişə yiyələnməsinlər. Məktəblərdə bununla bağlı maarifləndirmə işləri aparılır və onlara bunun zərəri başa salınır. Amma deyə bilmərəm ki, bu işlərin müsbət nəticəsi var, ya yox. Bunun üçün geniş sorğu aparılmalıdır".

Onun sözlərinə görə, bəzi ölkələrdə olduğu kimi, Azərbaycanda da müəyyən yerlərdə tütündən istifadəyə qadağa qoyulub: "Amma daha yaxşı nəticə əldə etmək üçün bu istiqamətdə işləri kompleks şəkildə davam etdirməliyik. Siqaretlərin açıq vitrinlərdə satışına tam qadağanın qoyulması düzgün deyil. Ancaq qiymətlərin qaldırılması alıcıların sayını azalda bilər. Belə olduqda xüsusilə uşaqların siqaret almağa pulu çatmaya bilər. Əlbəttə ki, bu da sonda yaxşı nəticələr verə bilər".

Qadınların siqaret çəkdiklərini əksər hallarda etiraf etmədiklərini deyən A.Hacıyev qeyd edib ki, Azərbaycanda aparılan təxmini hesablamalara görə, kişilərin 40-60 faizi, qadınların isə 2-10 faizi siqaret çəkir.

Milli koordinatorun sözlərinə görə, son illər ərzində qadın və kişilər arasında siqaret çəkmə üzrə nisbət göstəricisi, demək olar ki, dəyişməyib.

 

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının xüsusi metodologiyası əsasında 2016-cı il ərzində keçirilən araşdırmanın nəticələrinə görə, ölkədəki 13-15 yaşlı yeniyetmələrin 10,3%-i, əsasən oğlanlar nə vaxtsa siqaret çəkib və onların 32,6%-i 10 yaşadək bunu edib. Hazırda 13-15 yaşlı uşaqların 7,3 faizi bu və ya digər formada tütün məmulatından istifadə edirlər. Araşdırmaya əsasən, siqaret çəkən yeniyetmələrin 19 faizi elə hesab edir ki, siqaret çəkənin daha çox dostu olur, 29,2 faizi isə elə fikirləşir ki, siqaret çəkənlər daha cəlbedici görünür.

Dövlət Statistika Komitəsinin 2015-ci ildə ev təsərrüfatları tədqiqatlarının məlumatlarına əsasən müəyyənləşdirdiyi göstəricilərə görə, Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhali arasında siqaret çəkənlərin göstəricisi 35,5 faizdir. Siqaret çəkənlərin 0,4 faizi 15-19 yaş arasında olan oğlanlardır. Siqaret çəkənlərin 15,2 faizi 20-44, 24,1 faizi 45-64 yaşlı, 16,6 faizi isə yaşı 65-dən çox olan kişilərdir.

Qadınlar gündə orta hesabla 20, kişilər 15,9 ədəd siqaret çəkirlər.

 

 


OXŞAR XƏBƏRLƏR

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...

MN-dən partlayış səsləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

2-5 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi...

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür&...

Daha bir gənc müəllim qəfil vəfat etdi - FOTO

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib.   Sfera.az “qafqazinfo.az”a istinadən xə...

"Bu tarixdə dünyanın sonu gələcək" - İDDİA

Alimlər atmosferdəki oksigen səviyyəsinin təxminən 1 milyard il sonra azalacağını açıqlayıblar.   Sfera.az “Milliyet” nəşrinə istinadən x...