Ramil Usubov Ukraynanın Baş prokuroru ilə görüşdü

Ramil Usubov Ukraynanın Baş prokuroru ilə görüşdü

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 19-da ölkəmizdə rəsmi səfərdə olan Ukraynanın Baş prokuroru Yuri Lutsenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az verilən məlumata görə, qonaqları salamlayan nazir son illər iki ölkə prezidentlərinin siyasi iradəsinə, dostluq münasibətlərinə və imzalanmış hökumətlərarası sənədlərə uyğun olaraq Azərbaycanla Ukrayna arasında bütün sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişafını, cinayətkarlığa, xüsusən mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə qarşı hər iki dövlətin güc strukturlarının səmərəli əməkdaşlıq etdiyini məmnunluqla vurğulayıb. O bu işdəki roluna, eyni zamanda, Ukrayna ərazisində azərbaycanlılara qarşı törədilmiş bir sıra cinayətlərin istintaqını şəxsən nəzarətə götürdüyünə görə Y.Lutsenkoya təşəkkürünü bildirib.

Daha sonra R.Usubov müstəqilliyin ilk illərində respublikamızdakı gərgin ictimai-siyasi vəziyyət, ağır kriminogen durum barədə məlumat verib. Azərbaycanın bu fəlakətdən xalqın tələbi ilə ali hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrik siyasəti və rəhbərliyi ilə həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində xilas olduğunu xatırladan nazir 1995-ci ilin sonlarından başlayaraq ölkəmizdə sabitliyin bərqərar olduğunu, əməliyyat şəraitinin tam nəzarətə götürüldüyünü diqqətə çatdırıb. Məhz görülmüş belə məqsədyönlü işlərin, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu hüquq-mühafizə siyasətinin məntiqi nəticəsi olaraq bu gün ölkəmizin cinayətlərin sayının azlığına görə MDB və Şərqi Avropada qabaqcıl yerlərdən birini tutduğu xüsusi qeyd olunub.

Ukraynanın Baş prokuroru Y.Lutsenko səmimi qəbula, yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlığını bildirərək Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən məmnunluğunu ifadə edib. Qonaq iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib, bu məqsədlə öz səylərini əsirgəməyəcəyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Görüşdə Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko da iştirak edib.


OXŞAR XƏBƏRLƏR

Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən  keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə y...

"Rabitəbank"ın “Möcüzə Yarmarkası” uşaqlara sevinc, cəmiyyətə ümid yaratdı

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank" tərəfindən həyata keçirilən “Möcüzə Yarmarkası” sosial layihə...

"Qalatasaray" "Bavariya"nın ulduzunu ALIR

"Bavariya"lə müqaviləsinin sonuna yaxınlaşan alman ulduz Leroy Sane ona təqdim olunacaq bütün təklifləri dinlədikdən sonra gələcəyi ilə bağlı qər...

Mauro İkardinin sevgilisi çimərlik şəkillərini paylaşdı - FOTOLAR

Qalatasarayın ulduz futbolçusu Mauro İkardi, klubun çempionluğunu qeyd etdikdən sonra sevgilisi Çina Suares ilə birlikdə İspaniyanın məşhur turizm məkanı olan İ...

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...