Varlı insanların ən böyük 7 səhvi

Varlı insanların ən böyük 7 səhvi

Yüksək miqdarda pul qazanmaq sizi varlı edə bilər amma bu var dövlət sizin zənginliyinizi davam etdirmək üçün kafi olmur.

Sfera.az bizplus.az-a istinadən bildirir ki, insanlar yüksək maaş almağın zənginlik üçün kafi olduğunu düşünsə də əsl əhəmiyyətli olan şey bu zənginliyin davamlılığını təmin etməkdir və bunu demək olar ki bir çox insan unudur.

Varlı insanları sonradan yoxsulluğa sürükləyəcək 7 səhv:

1. Büdcə xərclərinə nəzarət etməmək

Maliyyə məsləhətçilərinə görə çox pul qazanılsa belə əgər diqqətli olunmazsa hamısı əldən gedə bilir. Buna görə büdcə və xərcləmə planının olması lazımdır.

2. Sosial sığorta etməmək

Yüksək gəlirli insanlar çox zaman sosial sığorta etdirməyi rədd edirlər və bu onlara böyük zərər verir.

3. Uzun müddətli maliyyə planı etməmək

Maliyyə məsləhətçilərinə görə çox yüksək gəlirli insanlar pulun hər cür maliyyə problemini həll etdiyini düşünür. Bu düşüncə isə uzun müddətli plan yaratmaqlarına maneə törədir.

4. Maaşın sonsuza qədər yüksək olacağını düşünmək

Çox pul qazanmaq insanlara saxta bir güvən duyğusu verə bilir. Kifayət qədər qazanıldığında yenilməzlik hissi yaranır ki bu vəziyyətdə də maliyyə məsləhətçiləri bu tərz düşüncələrin təhlükəli ola biləcəyini, hər şeyin bir anda dəyişə və pulu qazanmadan xərcləməmək lazım olduğunu söyləyirlər.

5. Vergi strategiyası qurmamaq

Yüksək gəlirli insanlar yüksək vergilər ödəsələr belədaha çox qənaət etməklə bunu balanslaşdıra bilərlər. Bunun üçün maliyyə məsləhətçiləri ilə əlaqə yaratmaq mütləqdir.

6. Qənaət etməyi unutmaq

Yüksək gəlirli biri hər şeydən əvvəl gələcəkdə alacağı təqaüdü maksimuma çatdırmağı düşünür. Bunun yaxşı bir şey olduğu danılmazdır lakin təqaüd maaşını ən üst səviyyəyə çıxardıqdan sonra qənaət etməyi öyrənmək lazımdır.

Maliyyə mütəxəssisləri insanların gəlirlərinin artdıqca xərclərinin da artdığını ancaq qənaətlərində bir dəyişiklik etmədiklərini söyləyir.

7. Lazımsız xərclər etmək

Gəlirləri yüksək olan insanlarda bahalı əşya almaq vərdişi yaranır: Bahalı telefonlar, daş-qaşlar, avtomobillər kimi. Bütün bu xərclər və baxım xərcləri isə sürətlə arta bilir. Maliyyə mütəxəssisləri avtomobilin çətin qazanılan pulu sərf etməyin ən asan yolu olduğunu bildirirlər.


OXŞAR XƏBƏRLƏR

Mauro İkardinin sevgilisi çimərlik şəkillərini paylaşdı - FOTOLAR

Qalatasarayın ulduz futbolçusu Mauro İkardi, klubun çempionluğunu qeyd etdikdən sonra sevgilisi Çina Suares ilə birlikdə İspaniyanın məşhur turizm məkanı olan İ...

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...

MN-dən partlayış səsləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

2-5 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi...

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür&...

Daha bir gənc müəllim qəfil vəfat etdi - FOTO

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib.   Sfera.az “qafqazinfo.az”a istinadən xə...