Putinin daha bir ittifaqı dağılır

Putinin daha bir ittifaqı dağılır
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan dövlətlər arasında son aylar artmaqda olan ziddiyyətlər siyasi müşahidəçilərin diqqət mərkəzinə gəlib. Artıq belə bir problemin yaşandığını birliyə daxil olan ölkələrin mediası ilə yanaşı rəsmi dairələri də açıq etiraf edirlər. 

Mövcud situasiyanın təhlilinə nəzər yetirsək, KTMT daxilində üç istiqamətdə qütbləşmənin getdiyini görmək olar. Birincisi, Rusiya-Ermənistan ittifaqıdır. Məlumdur ki, Ermənistanın KTMT çərçivəsində və ikitərəfli qaydada imzalanmış hərbi müqavilələri var. Ancaq rəsmi İrəvan yalnız Rusiyanın deyil, bütövlükdə KTMT-nin Azərbaycana qarşı münaqişəyə cəlb olunmaqla Ermənistana hərbi dəstək verməsini təklif edir. 

Rusiya ikitərəfli qaydada imzalanmış hərbi müqavilələr, o cümlədən, silah satılması, vahid qoşun birləşmələrinin yaradılması, hava hücumundan birgə müdafiə sisteminin təşkil edilməsi ilə Ermənistana yardım göstərir. Ancaq Rusiya KTMT çərçivəsində açıq hərbi dəstəkdən yayınmaqla bitərəf mövqedə olduğuna dair görüntü yaratmağa çalışır. Bu məsələdə Rusiya daha çox KTMT adından siyasi bəyanatlar verməklə Ermənsitanı razı salmağa çalışır. Təşkilatın digər üzvlərinin isə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ümumiyyətlə, Ermənistanı müdafiə etməməsi İrəvan üçün ciddi problemlər yaradıb. 

İkinci güc mərkəzi kimi Rusiya-Belarus hərbi əməkdaşlığını qeyd etmək olar. Bu format Ermənistana münasibətdə fərqlənir. Rəsmi Minsk bir çox hərbi və siyasi qərarların qəbulunda Kremlin iradəsinə uyğun hərəkət etsə də KTMT-nin üçüncü dövlətin ərazisindəki münaqişəyə qatılmasının əleyhinə çıxır. Son vaxtlar Belarusla Ermənistan arasındakı münasibətlərin pisləşməsinin başlıca səbəblərindən biri də elə bununla izah oluna bilər. Buna baxmayaraq, Rusiya-Belarus münasibətlərində yaranmış narazılıq tərəflər arasındakı hərbi əməkdaşlığa da problem yaradıb. Belarus prezidenti Aleksandr Lukaşenko Bobruyskda Rusiya aviabazasının yerləşdirilməsinə dair 2015-ci ilin sentyabr ayında həmkarı Vladimir Putinlə razılaşmadan imtina edib. 

KTMT daxilində üçünçü hərbi qruplaşmaya isə Qazaxıstan, Qırğızıstan və Tacikistanı aid etmək olar. Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə bu dövlətlər rəsmi Bakının maraqlarına uyğun hərəkət edir. Belarusun da eyni mövqedə olması Ermənistanın alyansın tərkibində bir çox hallarda təklənməsi ilə müşahidə olunur. Həmin ölkələr Rusiya-Ermənistan tərəfdaşlıq şərtlərinin KTMT-yə daşınmasına qarşı çıxır. 

Qarşılıqlı ittihamların mübadiləsi və onların təsiri Avrasiya İqtisadi Bİrliyinin üzvləri arasında əalqələrin möhkəmlənməsinə mane olur. "Avrasiya. Ekspert” nəşri KTMT və AİB daxilində yaranmış ziddiyyəti dəyərlərin mübarizəsi kimi şərh edir. Mənbə qeyd edir ki, Belarus özünü Sovet dəyərlərinə sadiq hesab edir. Ona görə də Belarus SSR-in sosial-iqtisadi ənənələrini müasir reallığa uyğun yaşatmağa çalışır. Rusiyanın mustəqillik dövründəki dəyərlər sistemi üç mərhələni əhatə edir. Şok terapiyası qədər ağır olan, özəlləşdirmə dövrü 1990-cı illərə aiddir. 2000-ci illər isə ölkədə nizam-intizamın bərpası və idarəetmənin qurulması mərhələsi hesab olunur. Rusiyanın Ukrayna və Suriya münaqişlərinə daxil olduğu son illər isə beynəlxalq fəaliyyətində yeni rolundan xəbər verir. Rusiya rəhbərliyinin qarşısında bir tapşırıq dayanır: özəlləşdirmənin nəticələrinə baxmayaraq, güclü dövlət quruculuğunun konstruktiv məcraya yönəldilməsi digər ölkələr üçün cəlbedici ola bilər. Qazaxıstan isə dövlətin özünəməxsus müasir, yeni inkişaf modeli ilə irəliləyir. SSRİ-nin tərkibindən çıxdıqdan sonra iki geniş irqi və milli seqmentlərdən ibarət Qazaxıstan elitasının qarşısında dövlətin bütün gücləri sülh və dialoq yolu ilə bir mərkəzdə saxlamaq dayanırdı. Ona görə də ümum Qazaxıstan incə şərq dialoqunun həmrəyliyindən ibarət olan Elbası seçdi. 

Ermənistan isə SSRİ-dən ayrıldıqdan sonra dünyada böyük erməni diasporunun mövcudluğu ilə qarşılaşdı. 

Erməni milli konfessiyası olan Ermənistan Apostol Kilsəsinin ətrafında formalaşan identiklik erməniləri dövlət və milli qan dəyərləri ətrafında birləşməyə sövq etdi. Bu isə Dağlıq Qarabağ münaqişəsinə və Türkiyədə "erməni soyqırımı” haqqında iddialara səbəb olurdu. Mənbə qeyd edir ki, özündə kifayət qədər kövrək kökləri olan Ermənistan dövləti qan prinsipləri əsasında formalaşmış vətəndaş cəmiyyətinin güclü strukturlarını və lobbi qrupları ilə təmin olunub. 25 ildir müstəqillik qazanmış Qırğızıstan isə hələ də axtarışdadır. Çoxsaylı dövlət çevrilişləri, etnik münaqişlərə, mütəmadi konstitusiya dəyişiklikləri Qırğızıstanın sosial-iqtisadi inkişaf dəyərlərinin mükəmməl olmamasına gətirib çıxarıb. Sonuncu konstitusiya dəyişikliyindən sonra Qırğızıstan AİB reallığına dayanraq pzünün modelini seçəcəyini bildirir. İttifaqın qarışıq palitrası gələcək birgə fəaliyyətin dumanlı olmasından xəbər verir. 4

Mənbə: cebhe.infop

OXŞAR XƏBƏRLƏR