"28 Mall" ticarət mərkəzi bağlandı - SƏBƏB - YENİLƏNİB - FOTO

18:21

 "28 Mall" ticarət mərkəzində elektrik enerjisinin kəsilməsinin səbəbi açıqlanıb.

Sfera.az xəbər verir ki, ticarət mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsindən report-a verilən məlumata görə, bu gün səhər saat 10:00-dan iaşə obyektinə elektrik enerjisinin verilişi dayandırılıb.

Buna səbəb ticarət mərkəzinin yüksək gərginlikli elektrik xətlərində nasazlıq yaranması olub. "Hazırda "28 Mall" bağlıdır. "Elektrik xətlərinin təmiri üçün yeni detallar gətiriləcək. Yaxın saatlarda təmir bitdikdən sonra ticarət mərkəzinə girişə məhdudiyyət aradan qaldırılacaq", - ticarət mərkəzindən bildirilib.

---------

16:06

Bu gün səhər saatlarından etibarən "28 mall" ticarət mərkəzinin işıqları yanmır.

Bu səbəbdən alıcılar "28 mall"un içinə daxil ola bilmirlər.

 

Sfera.az bildirir ki, qafqazinfo məsələ ilə əlaqədar "Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. O qeyd edib ki, problemdən xəbərdardır: "İşığın olmamasının bizimlə əlaqəsi yoxdur. Ticarət mərkəzinin öz daxili işıq xətlərində qəza baş verib. Ona görə də "28 mall" rəhbərliyi problemin aradan qaldırılması üçün bizə müraciət edib. Hazırda əməkdaşlarımız ordadır və qəzanın aradan qaldırılması üçün çalışırlar".

----------

15:22

Metronun "28 may" stansiyasının yaxınlığında yerləşən "28 Mall" ticarət mərkəzinin qapıları bağlanıb. Hazırda ticarət mərkəzinin qapılarında izdiham yaşanır.

İşçilərin Milli.Az-a bildirdiklərinə görə, ticarət mərkəzinin işıqları sönüb.

İşıqlar söndüyünə görə alıcılar da içəri buraxılmır. Mühafizəçilər bildiriblər ki, mərkəz axşam saat 18:00-dan sonra açılacaq.

Hələlik ticarət mərkəzinin rəsmilərindən məsələ ilə bağlı açıqlama almaq mümkün olmayıb. 


OXŞAR XƏBƏRLƏR

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul ELAN EDİLDİ

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.   Bu barədə Sfera.az-a Dövlət İ...

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq.   Sfera.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.   Bildirili...

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...