Sabah Bakının bu ərazisində su kəsiləcək

Cəmiyyət
19:04 / 26.05.2025
5856
Bakının Nizami rayonunu içməli su ilə təchiz edən magistral xətdə aparılacaq təmir və bərpa işləri ilə əlaqədar mayın 27-də səhər saatlarından axşamadək rayon ərazisinə suyun verilməsində fasilə yaranacaq.
Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
"Təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək", - ADSEA bildirir.