Fərdanı oğurluqda ittiham etdilər
Aktyor Fərda Xudaverdiyevi oğurluqda ittiham ediblər.
Sfera.az axşam.az-a istinadən bildirir ki, yumor ustası "ATV maqazin onlarla" verilişində onu günahlandıranlara cavab verib:
"Deyirlər ki, Cem Yılmazdan əsgərlik mövzusunu oğurlamışam. Məni ancaq Cem Yılmazla müqayisə edirlər. Mən də əsgərlikdə olmuşam və öz başıma gələn hadisədən danışmışam. Bu oğurluqdur? Mən əsgər olmamışam? Bu, oğurluq sayılmır axı. Otel mövzusunda olan çıxışımı 2010-cu ildə danışmışam. Cem Yılmaz bu yaxınlarda o haqda danışıb. İndi o da məndən oğurlayıb? Mövzu hər yerdə eynidir. Qadın-kişi münasibətləri, fərqi ilə bağlı bir stand-up-ım olmuşdu. Orada dedim ki, qadın günə 30 min söz işlədir. Dedilər ki, Atalay Demirçi istifadə edib, onun sözüdür. Bu statistikadır, internetdə var, mən oğurluq etməmişəm. Məni bu şeylərdə günahlandıranlara söz verirəm ki, vaxt gələcək Cem Yılmazı zorla xatırlayacaqsınız".