Nadir Qafarzadədən ŞOK ETİRAF: "Aclıqdan 2 övladımı itirmişəm" - VİDEO

Nadir Qafarzadədən ŞOK ETİRAF:
Müğənni Nadir Qafarzadə "ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişində qonaq olub. 

BiG.AZ xəbər verir ki, ifaçı şəxsi həyatı ilə bağlı açıqlamalar verib. 

N.Qafarzadə bildirib ki, iki övladını itirib:

"Ailə qurmamışdan qabaq, qaynatam qızı vermək istəmirdi. O bilirdi ki, mən müğənniyəm. Atası deyirdi ki, kəndə qız vermərəm, gedib inək sağası deyil. Amma indi mənə baxıb fəxr edir. Çox kasıb idik, 7 il nişanlı qaldıq. Anam axırda ağladı ki, bir də o qızın qapısına getməyəcəm, get onu gətir. Qızgilə gəlib, barmağımdakı üzüyü çıxardıb stola qoyub dedim ki, biz belə xoşbəxt olmayacağıq. Anamın alçalmasını istəmirəm. Əgər sənin də məndə könlün varsa, tut əlimdən gedək. Dedi ki, mənim də gedəcəyim yerim yoxdur, sənin də. Hara gedəcəyik? Dedim bir yer taparıq. Razılaşdı və yüngül şeylər götürüb mənimlə qaçdı. Məktub da yazıb qoydu ki, mən könüllü gedirəm, polisə deməyin. 24 ildir yanımdadır. 

Onunla çətin dövrlərdən keçdik. Aclıqdan, düzgün qidalanmamaqdan 2 övladımı itirdim. Bir qızım, bir oğlum ölüb. Qızım yaşasaydı 23 yaşı var idi. Nə vaxt qaynatam evə gələndə soyuducunu açıb baxmaq istəyəndə yoldaşım qoymurdu. Hər şeyimizin olduğunu deyirdi. Amma soyuducu bomboş idi. Qızım 10 gün yaşadı, oğlum 3 gün".

 


OXŞAR XƏBƏRLƏR

Kriptovalyuta bazarı hərəkətlənir: Həftənin ən çox qazandıran TOKENLƏRİ

Son günlər kriptovalyuta bazarında ciddi qiymət dəyişiklikləri baş verib. Bəzi altkoinlər rekord həftəlik artımlarla investorların diqqətini çəkib.   S...

Oyun kartlarındakı Kral, Kraliça və Yavərlər həqiqi insanlardırmı?

Krallar, kraliçalar və jaklar ən prestijli kartları hesab olunur.   Bəs bu rəqəmlərin real tarixi şəxsiyyətlər olub-olmaması barədə dəqiq məlumatınız...

Pilotu hörümçək dişlədi: Təyyarə yerə enmək məcburiyyətində qalıb

İspaniyanın “İberia” aviaşirkətinin reysi inanılmaz hadisədən sonra gecikib. Belə ki, pilotu təsadüfən göyərtəyə çıxan hörümçək dişləyib.   ...

Zorakılığa məruz qaldığı üçün boy uzadılması əməliyyatı edən gəncin hekayəsi - FOTO

İndiki vaxtda qısa boylu olmaq həm cəmiyyətdə, həm də münasibətlərdə bəzən böyük bir tabuya çevrilə bilir. 23 yaşlı Leon niyə əməliyyat etmək qərarına gəldiyini...

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...