Kəlbəcərdə yük maşını çaya aşdı, ölənlər var - FOTO - YENİLƏNDİ - 2 

Kəlbəcərdə yük maşını çaya aşdı, ölənlər var - FOTO - YENİLƏNDİ - 2 

Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb.

 

Sfera.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, aparılan axtarışlar nəticəsində ölən sürücü Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

 

12:10

 

Kəlbəcərdə yük maşının çaya aşması nəticəsində sürücünü sel aparıb.

 

Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

 

Onun sözlərinə görə, ölən Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovdur. Hazırda axtarış işləri davam etdirilir

 

***

 

10:05

 

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Comərt kəndində qeydə alınıb.

 

Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

 

Nəticədə adıçəkilən sürücü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüblər.

 

Faktla bağlı araşdırma aparılır. (apa)


OXŞAR XƏBƏRLƏR