Moskvada polis gücləndirilmiş rejimə keçirilib

Moskvada polis gücləndirilmiş rejimə keçirilib

Moskvada polis gücləndirilmiş rejimə keçirilib.

 

Sfera.az xəbər verir ki, buna səbəb ABŞ səfirliyinin dünən paytaxtda mümkün terror aktları ilə bağlı məlumat yaymasıdır.

 

Məlum olub ki, Moskvanın mərkəzində və bəzi nəqliyyat növlərində patrul qruplarının sayı 2-2,5 dəfə artırılıb, mülki geyimli polislər də asayişi qorumağa cəlb olunub.

 

"Patrul xidmətinə xanım polis əməkdaşları da cəlb olunub. Çox güman ki, bu həm qadınların, həm də kişilərin mütləq yoxlanılması ilə bağlıdır", deyə nəşr yazıb.

 

Qeyd edək ki, Amerika Birləşmiş Ştatların səfirliyi rəsmi internet saytında martın 7-də ABŞ vətəndaşlarına Moskvada “izdihamlı yerlərdən” çəkinmələri barədə xəbərdarlıq yayılıb. Bildirilib ki, səfirlik ekstremistlərin Moskvada konsertlər də daxil olmaqla, böyük toplantılara hücum etmək planlarının gözləndiyi barədə məlumatları izləyir və ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük toplantılarda iştirakdan çəkinmələri tövsiyə olunur. "İnsanların toplaşdığı yerlərdən qaçın. Yerli mətbuatda yenilənmələri izləyin. Öz ətrafınızdan məlumatlı olun", deyə xəbərdarlıq da vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın yeni baş naziri o oldu

Dövlət Duması Mixail Mişustini yenidən Rusiyanın Baş naziri vəzifəsinə təsdiqləyib.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb....

AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə ...

İlham Əliyev: “Bu gün Şuşanın yeni tarixi başlayır”

“Bu gün Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Ş...

İlham Əliyev şuşalıları təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doğma şəhərə qayıdış münasibətilə şuşalıları təbrik edib.   Sfera.az xəbər verir ki, Şuşaya q...

Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO

Türkiyədə toyuq ətinin qiyməti 200 faiz bahalaşıb. Bunun qarşısını almaq üçün hökumət müəyyən addımlar atmağa başlayıb.   Belə ki, Türkiyə Ticar...

"Bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar” - Prezident

“Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaş...