Prezident tunelin açılışında İŞTİRAK ETDİ - FOTO - YENİLƏNDİ

Prezident tunelin açılışında İŞTİRAK ETDİ - FOTO - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak edib.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

 

Bildirildi ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır. Birinci texniki dərəcəli yolun 4-6 hərəkət zolağı var. Yol boyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6450 metrə yaxındır.

 

Diqqətə çatdırıldı ki, yolun tikintisi layihəsi üzrə nəzərdə tutulmuş və ümumi uzunluqları (sağ və sol istiqamət) 12,7 kilometr təşkil edən 7 avtomobil tunelindən 6-sında qazma işləri artıq yekunlaşıb. Hazırda tuneldaxili işlər həyata keçirilir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.

 

Sonra dövlətimizin başçısı ümumi uzunluğu 6747 metr olan birinci tunelin açılışını etdi.

 

Prezident İlham Əliyev işçilərlə birgə foto çəkdirdi.

 

Daha sonra Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda dördüncü tunelin giriş və çıxış hissəsinə baxış keçirildi.

 

Məlumat verildi ki, yolun 73,7-ci kilometrliyindəki tunelin sol hissəsi 679,8 metr, sağ hissəsi isə 680,6 metrdir. Tuneldə qazma işləri başa çatdırılıb. Hazırda daxili işlər görülür.

 

***

 

13:36

 

Azərbaycan Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub.

 

Sfera.az-ın məlumatına görə, dövlət başçısı yolboyu inşa edilmiş birinci tunelin açılışında iştirak edib.


OXŞAR XƏBƏRLƏR

Dəniz mənzərəli bu iş üzrə vakansiya namizədlər arasında rekord qırdı

Almaniyada mayak gözətçisi vəzifəsi üçün müsabiqə elan edilib. Vakansiya üzrə 1100 nəfər müraciət edib.   Sfera.az bildirir ki, Almaniyada, Şima...

ABŞ Rəisinin ölümü ilə əlaqədar başsağlığı verdi

ABŞ Dövlət Departamenti İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu barədə  bu barədə Dövlə...

Bu şəxslərin əməkhaqqına 50 faiz əlavə olunur - RƏSMİ

"Milli" statusu alan iki teatrın adı dəyişdirilir və işçilərinin əməkhaqqına 50 faiz əlavə olunur.   Sfera.az bildirir ki, bununla bağlı Re...

Ukrayna müharibənin sülhlə bitməsi üçün sənəd hazırlayır - Rusiyadan İDDİA

Rusiya Federasiyası Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenko bildirib ki, Ukraynada Rusiya ilə müharibənin danışıqlarla bitəcəyini a...

"Ətdən hazırlandığı deyilir, amma ətdən ucuz satılır"

Marketlərdə üzərində ət məhsullarından hazırlandığı qeyd olunan bəzi kolbasa və sosiskalar ətdən ucuz satılır. Bu hal isə bir çox hallarda istehlakçılarda çaşqı...

Masallıda qətldə şübhəli bilinən şəxs saxlanıldı

Mayın 20-də saat 20 radələrində Masallı rayonunun Şıxlar kəndi ərazisində rayonun Qasımlı kənd sakini, 1971-ci il təvəllüdlü Seymur Alışanovun ov silahı və kəsi...