Ceyhun Bayramov: "Sərhəd dirəklərinin quraşdırılması demək olar ki, başa çatıb"

Ceyhun Bayramov:

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası çərçivəsində müvafiq əraziləri birgə minalardan təmizləyib və coğrafi koordinatları dəqiqləşdirib.

 

Sfera.az “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

 

Onun sözlərinə görə, sərhəd dirəklərinin quraşdırılması demək olar ki, başa çatıb.

 

O, həmçinin xatırladıb ki, Berlin görüşündən sonra tərəflər sülh sazişi layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR