Azərbaycan çempionatlarında ƏSRİN REKORDU qeydə alındı

Azərbaycan çempionatlarında ƏSRİN REKORDU qeydə alındı

Birinci Liqada 1-ci tura yekun vurulub.

 

Sonuncu matçda daha iki klub 2023/2024 mövsümündə mübarizəyə başlayıb.

 

Bununla da bu çempionatda müxtəlif liqalarda iştirak edən klubların ümumi sayı 34-ə çatıb. Premyer Liqa və Birinci Liqanın hərəsində 10, 2-ci liqada 14 komanda mübarizəyə başlayıb.

 

Bir mövsümdə 34 klubun Azərbaycan çempionatında iştirak etməsi son 27 ilin mütləq rekordudur. 1996-cı ildən sonra belə rəqəm qeydə alınmamışdı. Sonuncu dəfə daha çox klubun olduğu 1995/1996 mövsümündə 38 klub təmsil olunub.

 

Düzdür, 2006/07 mövsümündə 35, 2007/08 mövsümündə 34 iştirakçı mübarizəyə qoşulub. Lakin həmin çempionatların hər ikisində 27 klub start xəttinə çıxıb ki, digərləri ikinci komandalar olub.

 

Əgər “ikincilər”in də yer aldığı əvəzedicilər liqasını da nəzərə alışaq, bu il çempionata ümumilikdə 44 komanda çıxıb. 1993/94 mövsümündən sonra belə böyük rəqəmə təsadüf olunmayıb. 29 il əvvəl iki liqada əsas və əvəzedicilərlə birlikdə 46 iştirakçı mübarizə aparıb.

 

Bir sözlə, klub sayında son 27, iştirakçı sayında son 29 ilin rekordu qeydə alınıb. Hər iki göstərici 21-ci əsrin ən yüksək rəqəmidir. (fanat.az)


OXŞAR XƏBƏRLƏR

"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi - FOTOLAR

Bakıda şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqların  cəmiyyətə mesaj verdiyi, onların fikir və  duyğularına, arzu və xəyallar...

Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən  keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə y...

"Rabitəbank"ın “Möcüzə Yarmarkası” uşaqlara sevinc, cəmiyyətə ümid yaratdı

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank" tərəfindən həyata keçirilən “Möcüzə Yarmarkası” sosial layihə...

"Qalatasaray" "Bavariya"nın ulduzunu ALIR

"Bavariya"lə müqaviləsinin sonuna yaxınlaşan alman ulduz Leroy Sane ona təqdim olunacaq bütün təklifləri dinlədikdən sonra gələcəyi ilə bağlı qər...

Mauro İkardinin sevgilisi çimərlik şəkillərini paylaşdı - FOTOLAR

Qalatasarayın ulduz futbolçusu Mauro İkardi, klubun çempionluğunu qeyd etdikdən sonra sevgilisi Çina Suares ilə birlikdə İspaniyanın məşhur turizm məkanı olan İ...

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...