Luka Modriç Mahir Emrelinin komanda yoldaşı ola bilər

Luka Modriç Mahir Emrelinin komanda yoldaşı ola bilər

İspaniya "Real"ının xorvatiyalı ulduz futbolçusu Luka Modriç ölkəsinin "Dinamo" klubuna qayıda bilər.

 

Sfera.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin İdarə Heyətinin sədri Vlatko Peras "İndex" nəşrinə müsahibəsində bildirib.

 

O, bunun gerçəkləşməsi üçün əllərindən gələni edəcəklərini söyləyib: "Onun müqaviləsinin son ilidir. Qışda mütləq Modriçə zəng edəcəyəm. Necə ola bilər ki, klub onu geri qaytarmaq istəməsin? Daim əlaqədə olduğumuzu deyə bilmərəm, amma ailə üzvlərini tanıyıram. Karyerasını bitirməmişdən əvvəl "Dinamo"da çıxış etməsi məntiqli olardı. Niyə də yox?"

 

Qeyd edək ki, Zaqreb klubunun yetirməsi olan Luka Modriç 2003-2008-ci illərdə əsas komandanın formasını geyinib. 2018-ci ildə "Qızıl top"u qazanan 38 yaşlı yarımmüdafiəçinin "Real" ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. "Dinamo"da Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.


OXŞAR XƏBƏRLƏR

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...

MN-dən partlayış səsləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

2-5 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi...

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür&...

Daha bir gənc müəllim qəfil vəfat etdi - FOTO

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib.   Sfera.az “qafqazinfo.az”a istinadən xə...

"Bu tarixdə dünyanın sonu gələcək" - İDDİA

Alimlər atmosferdəki oksigen səviyyəsinin təxminən 1 milyard il sonra azalacağını açıqlayıblar.   Sfera.az “Milliyet” nəşrinə istinadən x...