“Qarabağ”ın yeni mətbuat katibi o oldu

İdman
21:48 / 13.09.2023
4579
"Qarabağ”da yeni təyinat gerçəkləşib.
Sfera.az xəbər verir ki, Anar Hacıyev Ağdam klubunun mətbuat xidmətinin rəhbəri təyin olunub.
Bu barədə klub feysbuk hesabında paylaşım edilib. O, bu il iyunun 13-dən vakant olan postu tutub.
Qeyd edək ki, A. Hacıyev bunadək “Qəbələ” İdman Klubunun Media və Marketinq meneceri vəzifəsində çalışıb.