Gözəl oyun alınmadı, lakin... - Byazi

Gözəl oyun alınmadı, lakin... - Byazi

Gözəl oyun alınmasa da, istəyimizə nail olduq.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda İordaniya yığmasına 2:1 hesabı ilə qalib gəldikləri beynəlxalq yoldaşlıq matçından sonra mətbuat konfransında deyib.

 

67 yaşlı mütəxəssis qarşılaşmanın çətin keçdiyini bildirib:

 

"Rəqibin yaxşı futbolçuları var. Belçika ilə görüşdə çoxlu enerji sərf etmişdik. Meydança da yaxşı vəziyyətdə deyil".

 

İtaliyalı baş məşqçi Emin Mahmudovun oyunda hər şeyi etdiyini söyləyib:

 

"O, öz işinə ciddi yanaşır. Nəzərə alaq ki, meydanda gənc kollektiv var idi. Bizim üçün yaxşı sınaq oldu".

 

De Byazi səsi batdığı üçün görüşdə çox qışqıra bilmədiyini və bu səbəbdən fikirlərini jestlərdə oyunçulara çatdırdığını deyib: "Bugünkü oyundan daha yaxşı çıxış edə bilərik. Futbolçular ot örtüyünə görə topu daha yaxşı qəbul edə bilmirdilər. Belçika və İordaniya ilə görüşlərdə yaxşı oyun sərgilədik".

 

Baş məşqçi AVRO-2024-ün növbəti seçmə oyunlarda yaxşı nəticəyə ümid etdiklərini deyib:

 

"Bizi ağır qarşılaşmalar gözləyir. Belçika ilə dueldəki kimi çıxış edə bilsək, rəqiblərə çətinlik yaşada bilərik".


OXŞAR XƏBƏRLƏR

Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən  keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə y...

"Rabitəbank"ın “Möcüzə Yarmarkası” uşaqlara sevinc, cəmiyyətə ümid yaratdı

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank" tərəfindən həyata keçirilən “Möcüzə Yarmarkası” sosial layihə...

"Qalatasaray" "Bavariya"nın ulduzunu ALIR

"Bavariya"lə müqaviləsinin sonuna yaxınlaşan alman ulduz Leroy Sane ona təqdim olunacaq bütün təklifləri dinlədikdən sonra gələcəyi ilə bağlı qər...

Mauro İkardinin sevgilisi çimərlik şəkillərini paylaşdı - FOTOLAR

Qalatasarayın ulduz futbolçusu Mauro İkardi, klubun çempionluğunu qeyd etdikdən sonra sevgilisi Çina Suares ilə birlikdə İspaniyanın məşhur turizm məkanı olan İ...

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...