Senator ofisində vəfat etdi

Senator ofisində vəfat etdi

İtaliyan senator Bruno Astorre vəfat edib.

 

Sfera.az İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, əsas müxalifət mərkəz-solun Demokratiya Partiyasından (PD) olan senator bu gün paytaxt Romanın mərkəzindəki Cenci sarayında, ofisində vəfat edib.

 

“La Repubblica” qəzeti senatorun özünü öldürmüş ola biləcəyini yazıb.


Roma Baş Prokurorluğunun senatorun ölümü ilə bağlı intihar şübhəsi ilə istintaq başlatdığı və Astorrenin ofisində araşdırma aparılacağı bildirilib. Bu araşdırmaya uyğun olaraq, 59 yaşlı Astorrenin cəsədinin otopsiya edilib-edilməyəcəyi barədə qərar veriləcək.


Senatın sədri İqnazio La Russa hadisədən çox təəssüfləndiyini bildirib və Senatda bayraqların yarıya qədər endirilməsi əmrini verib.

 

Baş nazir Giorgia Meloni də “Twitter” hesabında Astorrenin vəfatından dərin təəssüfləndiyini yazıb. 

 

Astorre 25 sentyabr 2022-ci ildə keçirilən növbədənkənar seçkilərdə üçüncü dəfə senator seçilmişdi. 

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Xankəndidə yeni yaşayış binaları TİKİLƏCƏK

Xankəndi şəhərində aparılan genişmiqiyaslı tikinti quruculuq işləri çəricəvəsində yeni yaşayış binaları inşa ediləcək.   Sfera.az xəbər verir ki...

Həmin uşaqların müavinəti niyə kəsilib? - Rəsmi açıqlama

Bu il iyunun 1-dən etibarən 18 yaşı tamam olmamış və valideynlərindən biri məcburi köçkün​ olmayan şəxslərin vahid aylıq müavinətlərinin (“çörəkpulu&...

Sabah Bakıda mühüm konfrans baş tutacaq

İyunun 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq ...

"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi - FOTOLAR

Bakıda şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqların  cəmiyyətə mesaj verdiyi, onların fikir və  duyğularına, arzu və xəyallar...

Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən  keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə y...

"Rabitəbank"ın “Möcüzə Yarmarkası” uşaqlara sevinc, cəmiyyətə ümid yaratdı

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank" tərəfindən həyata keçirilən “Möcüzə Yarmarkası” sosial layihə...