Süni intellekt Baş nazirin müşaviri təyin olundu - Dünyada ilk

Süni intellekt Baş nazirin müşaviri təyin olundu - Dünyada ilk

Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke süni intellektlə işləyən İon adlı robotu özünə yeni müşavir təyin edib. 


Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, böyük şüşə ekrandan ibarət rəqəmsal interfeysə malik robot rumıniyalı tədqiqatçılar tərəfindən hazırlanıb.


Baş nazir onun "dünyada süni intellektlə işləyən ilk hökumət müşaviri" olduğunu diqqətə çatdırıb:

 

"Hesab edirəm ki, süni intellektdən istifadə bir seçim deyil, daha çox məlumatlı qərarlar qəbul etmək zərurət olmalıdır".

Digər tərəfdən, Baş nazir sistemi işə saldıqda İon bunları deyib:

 

"Salam, mənə həyat verdin və mənim rolum indi səni güzgü kimi təmsil etməkdir. Rumıniya haqqında nə bilməliyəm?"


Robotun dizaynını həyata keçirən qrupun rəhbəri olan Niku Sebe onun bəzi nöqtələrə yerləşdiriləcəyini və vətəndaşların İona öz istəklərini çatdıra biləcəklərini qeyd edib. Sebe, həmçinin İon üçün xüsusi internet saytının hazırlandığını, proqramın burada və sosial mediada göndərilən fikirləri, sorğuları qeyd edəcəyini vurğulayıb. 

 

Araşdırma və İnnovasiyalar naziri Sebastyan Burduya isə İonun bu məlumatları təhlil edəcəyini və Baş nazir üçün rumınların istəkləri, fikirləri ilə bağlı hesabatlar hazırlayacağını deyib.

 

“Politico”ya danışan İrlandiya qeyri-kommersiya təşkilatı İrlandiya Vətəndaş Azadlıqları Şurasından Kris Şrişak texnologiyadan ehtiyatla istifadə edilməli olduğunu söyləyib. İonun hansı məlumatların vacib olub-olmamasına necə qərar verəcəyinin açıqlanmadığına diqqət çəkən Şirşak bu barədə ictimaiyyətin məlumatlandırılmasını vacib hesab edib. 

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Xankəndidə yeni yaşayış binaları TİKİLƏCƏK

Xankəndi şəhərində aparılan genişmiqiyaslı tikinti quruculuq işləri çəricəvəsində yeni yaşayış binaları inşa ediləcək.   Sfera.az xəbər verir ki...

Həmin uşaqların müavinəti niyə kəsilib? - Rəsmi açıqlama

Bu il iyunun 1-dən etibarən 18 yaşı tamam olmamış və valideynlərindən biri məcburi köçkün​ olmayan şəxslərin vahid aylıq müavinətlərinin (“çörəkpulu&...

Sabah Bakıda mühüm konfrans baş tutacaq

İyunun 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq ...

"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi - FOTOLAR

Bakıda şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqların  cəmiyyətə mesaj verdiyi, onların fikir və  duyğularına, arzu və xəyallar...

Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən  keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə y...

"Rabitəbank"ın “Möcüzə Yarmarkası” uşaqlara sevinc, cəmiyyətə ümid yaratdı

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank" tərəfindən həyata keçirilən “Möcüzə Yarmarkası” sosial layihə...