Böyük Giza Piramidasında gizli dəhliz aşkarlandı – FOTO

Böyük Giza Piramidasında gizli dəhliz aşkarlandı – FOTO

Misirin paytaxtı Qahirədə yerləşən 4500 illik Giza piramidalarında gizli dəhliz aşkarlanıb.


Sfera.az xarici mətbuata istinadən bildirir ki, qədim dünyanın yeddi möcüzəsindən indiyə kimi qalmağı bacaran yeganə tikinti olan Böyük Giza Piramidası yeni kəşflə gündəmə gəlib. 

 

Tədqiqatlar zamanı piramidanın əsas girişinin üstündə 9 metr uzunluğunda, 2,1 metr enində gizli dəhliz aşkar olunub. 


“Scan Pyramids” layihəsi çərçivəsində 2015-ci ildən strukturun içərisinə baxmaq üçün infraqırmızı termoqrafiya, 3D simulyasiyalar və kosmik şüa görüntüləri daxil olmaqla qeyri-invaziv texnologiyadan istifadə edilir.


Ehtimal olunur ki, dəhliz piramidanın hələ öyrənilməmiş başqa bir otağına aparır. Onun piramidanın girişindəki təzyiqi azaltmaq üçün də tikilmiş ola biləcəyi təxmin edilir. 

 

Görüntülər dünən keçirilən mətbuat konfransında ictimaiyyətlə paylaşılıb. Görüntülərə görə dəhlizin kobud yonulmuş daş bloklardan hörülmüş divarları və tağlı daş tavanı var. 

 

Misir Qədim Mədəni İrsin Qorunması üzrə Yüksək Şurasının sədri Mustafa Vəziri, dəhlizin kənarında nəyin olduğunu aşkar etmək üçün işlərə davam edəcəklərini bildiriblər. 

 

146 metr hündürlüyündə olan piramida 4-cü sülalə dövründə eramızdan əvvəl 2609-cu ildən 2584-cü ilə qədər hökmranlıq edən firon Xufu və ya Xeops tərəfindən Giza yaylasında tikdirilib. 146 metr (479 fut) hündürlükdə tikilmiş bu bina hazırda 139 metrdir və 1889-cu ildə Parisdəki Eyfel qülləsinə qədər insanlar tərəfindən yaradılmış ən hündür tikili idi. Dünyanın ən böyük və ən qədim tikililərindən biri olmasına baxmayaraq, onun necə inşa edildiyi barədə hələ də fikir birliyi yoxdur.

Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xankəndidə yeni yaşayış binaları TİKİLƏCƏK

Xankəndi şəhərində aparılan genişmiqiyaslı tikinti quruculuq işləri çəricəvəsində yeni yaşayış binaları inşa ediləcək.   Sfera.az xəbər verir ki...

Prezident 1 sərəncam, 1 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələri...

Həmin uşaqların müavinəti niyə kəsilib? - Rəsmi açıqlama

Bu il iyunun 1-dən etibarən 18 yaşı tamam olmamış və valideynlərindən biri məcburi köçkün​ olmayan şəxslərin vahid aylıq müavinətlərinin (“çörəkpulu&...

Sabah Bakıda mühüm konfrans baş tutacaq

İyunun 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq ...

"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi - FOTOLAR

Bakıda şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqların  cəmiyyətə mesaj verdiyi, onların fikir və  duyğularına, arzu və xəyallar...

Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən  keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə y...