\"Qarabağ\"ın qapıçısı üç oyunluq şərti cəza alıb

\

AFFA İntizam Komitəsi "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvilini üç oyunluq şərti cəzalandırıb.

 

Sfera.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna 24 yaşlı qolkiperin "Neftçi" ilə 1:1 heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyununda azarkeşlərə tərəf kənar əşya atması səbəb olub.

 

"Köhlən atlar" bunun üçün 2400 manat məbləğində cərimələnib. Gürcüstanlı oyunçuya şərti cəzaya görə üç ay sınaq müddəti təyin edilib.

 

Komitə hər iki kluba 4 min manat cərimə kəsib. Buna səbəb fanatların matçda təhqiramiz ifadələr işlətməsidir.

 

"Neftçi" tərəfdarların pirotexnikadan istifadəsinə görə 800, azarkeşlərin meydana kənar əşyalar atması ucbatından 1600 manat məbləğində ziyana düşüb.



Paytaxt klubunun fanatlarının oturacaqları sındırması və süni örtüyə ziyan vurmasına görə dəymiş ziyan “Neftçi” tərəfindən ödəniləcək.


OXŞAR XƏBƏRLƏR

Həmin uşaqların müavinəti niyə kəsilib? - Rəsmi açıqlama

Bu il iyunun 1-dən etibarən 18 yaşı tamam olmamış və valideynlərindən biri məcburi köçkün​ olmayan şəxslərin vahid aylıq müavinətlərinin (“çörəkpulu&...

Sabah Bakıda mühüm konfrans baş tutacaq

İyunun 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq ...

"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi - FOTOLAR

Bakıda şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqların  cəmiyyətə mesaj verdiyi, onların fikir və  duyğularına, arzu və xəyallar...

Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən  keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə y...

"Rabitəbank"ın “Möcüzə Yarmarkası” uşaqlara sevinc, cəmiyyətə ümid yaratdı

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank" tərəfindən həyata keçirilən “Möcüzə Yarmarkası” sosial layihə...

"Qalatasaray" "Bavariya"nın ulduzunu ALIR

"Bavariya"lə müqaviləsinin sonuna yaxınlaşan alman ulduz Leroy Sane ona təqdim olunacaq bütün təklifləri dinlədikdən sonra gələcəyi ilə bağlı qər...