Almaniya kansleri Baydenlə görüşəcək

Almaniya kansleri Baydenlə görüşəcək

 Almaniya kansleri Olaf Şolz və ABŞ prezidenti Co Bayden məxfi danışıqlar aparacaq.

 

Sfera.az bildirir ki, bu barədə “The Guardian” məlumat yayıb. Qeyd olunub ki, hər iki ölkə lideri bu gün Vaşinqtonda bir araya gələcək. Buna səbəb isə Çinin Rusiyaya silah verə biləcəyi ilə bağlı artan narahatlıqlardır.

 

Məlumata görə, Almaniya kansleri gözlənilmədən bir günlük səfər məqsədilə dünən gecə yola düşüb. Yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə, Ağ Evdə jurnalistlərin iştirak etməyəcəyi toplantıda Bayden və Şolz bir saat boyu görüşəcəklər.

 

“Bu isə hər iki şəxsə Ukrayna prezidenti Volodimir Zelenski ilə müvafiq son görüşlər və müharibə vəziyyəti ilə bağlı fikir mübadiləsi aparmağa imkan verəcək. Hər iki lider bunun işçi səviyyəli görüş olmasını istəyib”.

 

Xatırladaq ki, son günlər Pekinin Rusiyaya silah göndərməsi məsələsi Qərb mediasının əsas müzakirə obyektinə çevrilib. ABŞ rəsmiləri, o cümlədən Almaniya kansleri çıxışları zamanı Çinə xəbərdarlıq edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Xankəndidə yeni yaşayış binaları TİKİLƏCƏK

Xankəndi şəhərində aparılan genişmiqiyaslı tikinti quruculuq işləri çəricəvəsində yeni yaşayış binaları inşa ediləcək.   Sfera.az xəbər verir ki...

Prezident 1 sərəncam, 1 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələri...

Həmin uşaqların müavinəti niyə kəsilib? - Rəsmi açıqlama

Bu il iyunun 1-dən etibarən 18 yaşı tamam olmamış və valideynlərindən biri məcburi köçkün​ olmayan şəxslərin vahid aylıq müavinətlərinin (“çörəkpulu&...

Sabah Bakıda mühüm konfrans baş tutacaq

İyunun 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq ...

"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi - FOTOLAR

Bakıda şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqların  cəmiyyətə mesaj verdiyi, onların fikir və  duyğularına, arzu və xəyallar...

Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən  keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə y...