Vaxtsız ölüm, yoxsa məsuliyyətsizlik?Mütəxəssisdən ürək xəstəlikləri ilə bağlı XƏBƏRDARLIQ

Vaxtsız ölüm, yoxsa məsuliyyətsizlik? – Mütəxəssisdən ürək xəstəlikləri ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda ürək və qan-damar xəstəlikləri üzrə ölüm sayında artım müşahidə olunur.

 

Bu barədə Sfera.az-a  Bakı Baş Səhiyyə Mərkəzindən məlumat verilib.

 

Qeyd olunub ki, təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir.  

 

Həkim-kardioloq Ramella Quliyeva isə saytımıza açıqlamasında deyib ki, ürək və qan-damar xəstəlikləri səbəbi ilə dünyasını dəyişənlərin böyük əksəriyyəti uzun müddət ürəyində yaranmış problemdən xəbərsiz olur:

 

“Bəzən ürəklə bağlı ölümləri insanlar “vaxtsız gələn ölüm” hesab edirlər. Əslində belə deyil. Bu xəstəliklərdə erkən diaqnoz önəmlidir. İnsanların çoxu buna o qədər də əhəmiyyət vermir. Vaxtında profilaktik müayinələrdən keçmir, ilkin tibbi xidmətlərdən müntəzəm yararlanmır.  Halbuki, erkən diaqnozun qoyulması onları həyati təhlükələrdən xilas edə bilər. Ürək nahiyəsində küt ağrılar, sinədə göynəmə, təngnəfəslik, tez yorulma halları müşahidə edilərsə, dərhal ailə həkimlərinə müraciət edilməlidir”.

 

Mütəxəssis bildirib ki, sahə həkimləri həmin şəxsləri müvafiq tibbi müayinələrdən keçirir, lazım olduğu təqdirdə həkim-kardioloqa yönləndirir:

 

“Yaxşı olardı ki, ürəkdə müəyyən ağrılar baş verməsə belə, insanlar hər ehtimala qarşı 6 aydan bir və ya ildə bir dəfə profilaktik müayinələrdən, ümumi yoxlanışlardan  keçsin”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Həmin uşaqların müavinəti niyə kəsilib? - Rəsmi açıqlama

Bu il iyunun 1-dən etibarən 18 yaşı tamam olmamış və valideynlərindən biri məcburi köçkün​ olmayan şəxslərin vahid aylıq müavinətlərinin (“çörəkpulu&...

Sabah Bakıda mühüm konfrans baş tutacaq

İyunun 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq ...

"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi - FOTOLAR

Bakıda şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqların  cəmiyyətə mesaj verdiyi, onların fikir və  duyğularına, arzu və xəyallar...

Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən  keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə y...

"Rabitəbank"ın “Möcüzə Yarmarkası” uşaqlara sevinc, cəmiyyətə ümid yaratdı

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank" tərəfindən həyata keçirilən “Möcüzə Yarmarkası” sosial layihə...

"Qalatasaray" "Bavariya"nın ulduzunu ALIR

"Bavariya"lə müqaviləsinin sonuna yaxınlaşan alman ulduz Leroy Sane ona təqdim olunacaq bütün təklifləri dinlədikdən sonra gələcəyi ilə bağlı qər...