ABŞ Qafqaz üzrə baş məsləhətçisini Bakıya niyə göndərir? – Tofiq Zülfüqarovun şərhi

ABŞ Qafqaz üzrə baş məsləhətçisini Bakıya niyə göndərir? – Tofiq Zülfüqarovun şərhi

ABŞ Dövlət Departamentinin Qafqaz regionu üzrə baş məsləhətçisi Lui Bononun gələn həftə Azərbaycana səfər edəcəyi gözlənilir. Səfərin detalları hələlik bəlli deyil.

 

Maraqlıdır, Lavrovun ardınca ABŞ nümayəndəsinin Azərbaycana səfəri nədən xəbər verir? Görüşlərdə hansı məsələlər müzakirə oluna bilər ?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ və Rusiyanın Cənubi Qafqazdakı proseslərə təsir etmək uğrunda mübarizə apardığını bildirib:

 

“Aralarında rəqabət olan qüvvələr ardıcıl olaraq Azərbaycana səfər edir. Onların niyyəti vasitəçilik məsələsində üstünlüyü əldə etməkdən ibarətdir. Azərbaycanın marağı isə bölgədəki problemlərin həllinə nail olmaqdır. Bu rəqabət bizim üçün yeni imkanlar açır, yəni biz rəqabəti öz xeyrimizə istifadə edə bilərik. Bizi öz tərəfinə çəkmək istəyən qüvvələr Azərbaycanın xeyrinə olan mövqe sərgiləməli, daha uyğun təkliflər irəli sürməlidirlər. Biz də bu təkliflərə uyğun hansısa tərəfə üstünlük verəcəyik. Hər iki tərəf yaxşı başa düşür ki, Azərbaycanın  dəstəyini qazanmaq üçün gündəmdə olan hansı məsələlər həll edilməlidir”.

 

Sabiq nazir ABŞ tərəfinin hansı təkliflə çıxış edə biləcəyinə də aydınlıq gətirib:

 

“Lavrov bildirib ki, Laçın dəhlizi vasitəsilə daşınan yüklər yoxlanılmalıdır. Amma onu da qeyd edib ki, bu ərazidən keçən insanların yoxlanılması 10 noyabr sənədində nəzərdə tutulmayıb. ABŞ nümayəndəsi də gəlib deyəcək ki, həmin dəhlizdə problemlər hər iki ölkənin suverenliyinə xələl gətirilmədən həll olunmalıdır".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Həmin uşaqların müavinəti niyə kəsilib? - Rəsmi açıqlama

Bu il iyunun 1-dən etibarən 18 yaşı tamam olmamış və valideynlərindən biri məcburi köçkün​ olmayan şəxslərin vahid aylıq müavinətlərinin (“çörəkpulu&...

Sabah Bakıda mühüm konfrans baş tutacaq

İyunun 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq ...

"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi - FOTOLAR

Bakıda şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqların  cəmiyyətə mesaj verdiyi, onların fikir və  duyğularına, arzu və xəyallar...

Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən  keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə y...

"Rabitəbank"ın “Möcüzə Yarmarkası” uşaqlara sevinc, cəmiyyətə ümid yaratdı

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank" tərəfindən həyata keçirilən “Möcüzə Yarmarkası” sosial layihə...

"Qalatasaray" "Bavariya"nın ulduzunu ALIR

"Bavariya"lə müqaviləsinin sonuna yaxınlaşan alman ulduz Leroy Sane ona təqdim olunacaq bütün təklifləri dinlədikdən sonra gələcəyi ilə bağlı qər...