İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi

İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevə təbrik məktubu ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, təbrik mətnində deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

 

Biz Azərbaycan-Bolqarıstan əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Dost ölkə və strateji tərəfdaşımız olan Bolqarıstanla yüksək səviyyəli siyasi dialoqumuz, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə dinamik inkişaf edən münasibətlərimiz, səmərəli əməkdaşlığımız və bir çox sahələrdə əldə etdiyimiz nailiyyətlər bizi sevindirir.

 

Keçən ilin oktyabrında Bolqarıstana etdiyim rəsmi səfərin nəticələri, eyni zamanda səfər çərçivəsində Avropanın enerji təhlükəsizliyinə töhfə verən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi strateji tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir. Enerji sektorunda səmərəli işbirliyimizin ticarət, nəqliyyat, logistika, sərmayə, yüksək texnologiyalar, turizm və digər sahələr və istiqamətlər üzrə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyimi ifadə edirəm.

 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


OXŞAR XƏBƏRLƏR

Xankəndidə yeni yaşayış binaları TİKİLƏCƏK

Xankəndi şəhərində aparılan genişmiqiyaslı tikinti quruculuq işləri çəricəvəsində yeni yaşayış binaları inşa ediləcək.   Sfera.az xəbər verir ki...

Prezident 1 sərəncam, 1 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələri...

Həmin uşaqların müavinəti niyə kəsilib? - Rəsmi açıqlama

Bu il iyunun 1-dən etibarən 18 yaşı tamam olmamış və valideynlərindən biri məcburi köçkün​ olmayan şəxslərin vahid aylıq müavinətlərinin (“çörəkpulu&...

Sabah Bakıda mühüm konfrans baş tutacaq

İyunun 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq ...

"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi - FOTOLAR

Bakıda şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqların  cəmiyyətə mesaj verdiyi, onların fikir və  duyğularına, arzu və xəyallar...

Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən  keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə y...