Lukaşenkonun Çin səfərinin əsl məqsədi bilindi – Silah alıb Rusiyaya ötürmək...

Lukaşenkonun Çin səfərinin əsl məqsədi bilindi – Silah alıb Rusiyaya ötürmək...

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Çinin Belarus vasitəsilə Rusiyaya texnikalar ötürməsi mümkündür. Bildirilib ki, Belarus və Çin liderləri arasında imzalanan 16 bəndlik sənədlər paketi Rusiyaya yardımı Belarus vasitəsilə ötürməyə, beləliklə, Rusiyanın sanksiyalardan yayınmasına şərait yarada bilər.

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, İranın Rusiyaya dəstək imkanları getdikcə azalır və buna əsas səbəb ölkə daxilindəki etirazlardır:

 

“Müxtəlif kəşfiyyat məlumatlarına görə, İran istehsallı “Şahed” PUA-larının Rusiyaya tədarükündə də azalma var. Bu isə o deməkdir ki, Rusiya özünə alternativ silah tədarükçüsü axtarışındadır. Şübhəsiz ki, belə alternativlərdən birincisi məhz Çindir.  Həmçinin, Rusiya Prezidenti Vladimir Putin müharibəyə qoşulmaq üçün Belarusa təzyiq edir. O, ən azından Belarusdan ikinci cəbhənin açılmasını istəyir. Minsk isə mümkün qədər bu təzyiqlərə müqavimət göstərməyə çalışır. Çünki Belarus müharibəyə qoşularsa, Qərbin ağır sanksiyalarına məruz qalacaq”.

 

Müsahibimiz qeyd edib ki,  deyilənlərə rəğmən, Lukaşenko Putinin könlünü xoş tutmalıdır:

 

“O, hansısa yolla Moskvaya dəstəyini göstərməlidir. Bu mənada ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun proqnozunu inandırıcı hesab etmək olar. Başqa bir məqam isə ondan ibarətdir ki, Pekin də Rusiyaya silah verməkdə maraqlı deyil. Bu zaman Çin təzyiqlərə məruz qala bilər. Ona görə də silahların Belarus vasitəsilə Rusiyaya ötürülməsi Çinə də sərf edir. Yaxın gələcəkdə Çin və Rsuiya arasında təmasların intensivləşməsi, həmçinin Belarusdan Rusiyaya silah ötürülməsi mümkündür”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Həmin uşaqların müavinəti niyə kəsilib? - Rəsmi açıqlama

Bu il iyunun 1-dən etibarən 18 yaşı tamam olmamış və valideynlərindən biri məcburi köçkün​ olmayan şəxslərin vahid aylıq müavinətlərinin (“çörəkpulu&...

Sabah Bakıda mühüm konfrans baş tutacaq

İyunun 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq ...

"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi - FOTOLAR

Bakıda şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqların  cəmiyyətə mesaj verdiyi, onların fikir və  duyğularına, arzu və xəyallar...

Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən  keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə y...

"Rabitəbank"ın “Möcüzə Yarmarkası” uşaqlara sevinc, cəmiyyətə ümid yaratdı

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank" tərəfindən həyata keçirilən “Möcüzə Yarmarkası” sosial layihə...

"Qalatasaray" "Bavariya"nın ulduzunu ALIR

"Bavariya"lə müqaviləsinin sonuna yaxınlaşan alman ulduz Leroy Sane ona təqdim olunacaq bütün təklifləri dinlədikdən sonra gələcəyi ilə bağlı qər...