Vasif Talıbov 21 hektarlıq ərazini İrana satıb? - DSX-dan AÇIQLAMA

Vasif Talıbov 21 hektarlıq ərazini İrana satıb? - DSX-dan AÇIQLAMA

Dövlət Sərhəd Xidməti Naxçıvan Muxtar Respublikası (NMR) Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran islam Respublikası (İİR) ilə Azərbaycan Respublikasının dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilməsi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.

 

Sfera.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən APA-ya verilən məlumatda deyilir:

 

"Bildiririk ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhəd xətti və sərhəd rejimi SSRİ və İran arasında 02 dekabr 1954-cü il tarixli "Sərhəd və maliyyə məsələləri üzrə Sazişə" və ona əlavə edilmiş 1957-ci il sərhəd xəttinin təyin olunması və yenilənməsinə dair sənədlərə və xəritələrə, eləcə də 14 may 1957-ci il tarixli "Sərhədin rejimi və sərhəd münaqişələrinin və insidentlərinin tənzimlənməsi haqqında Müqaviləyə əsasən müəyyən edilib.

 

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhəd xətti yuxarıda qeyd edilən sənədlərə tam uyğundur və sərhəd xəttinin keçmə yerlərində hər hansı bir dəyişiklik baş verməyib.

 

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərin mühafizəsi tədbirləri - 2014-cü ilin 12 noyabr tarixində Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında Memorandum"a və həmin Memorandumun tərkib hissəsi olan "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarında məcranizamlama və sahillərin mühafizəsi tədbirləri üzrə araşdırmalar aparılması və onların yerinə yetirilməsi haqqında Təlimata əsasən həyata keçirilir.

 

Qeyd edilən Memorandum Azərbaycan Respublikasının 30 dekabr 2014-cü il tarixli №1154-IVQ nömrəli Qanunu ilə təsdiq edilib.

 

Araz çayının təbii səbəblərdən dəyişmiş su axınının çayın əsl yatağına qaytarılması məqsədilə 2016-cı ildən başlayaraq hər iki tərəfin aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin çoxsaylı görüşləri keçirilib, bu görüşlərdə əldə edilmiş razılaşmalara uyğun olaraq 2020-ci ildə müvafiq məcranizamlama və sahilbərkitmə işlərinə başlanılıb, hazırda bu işlər davam etdirilir".

 

Qeyd edək ki, yayılmış məlumatlarda sərhəd xəttinin qanunsuz dəyişdiliməsi nəticəsində 21 hektar torpağın İran İslam Respublikasının ərazilərinə daxil etdikliyi bildirilib. O, da qeyd olunub ki, Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbov 21 hektarlıq ərazini İrana satıb.


OXŞAR XƏBƏRLƏR

Xankəndidə yeni yaşayış binaları TİKİLƏCƏK

Xankəndi şəhərində aparılan genişmiqiyaslı tikinti quruculuq işləri çəricəvəsində yeni yaşayış binaları inşa ediləcək.   Sfera.az xəbər verir ki...

Həmin uşaqların müavinəti niyə kəsilib? - Rəsmi açıqlama

Bu il iyunun 1-dən etibarən 18 yaşı tamam olmamış və valideynlərindən biri məcburi köçkün​ olmayan şəxslərin vahid aylıq müavinətlərinin (“çörəkpulu&...

Sabah Bakıda mühüm konfrans baş tutacaq

İyunun 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq ...

"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi - FOTOLAR

Bakıda şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqların  cəmiyyətə mesaj verdiyi, onların fikir və  duyğularına, arzu və xəyallar...

Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən  keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə y...

"Rabitəbank"ın “Möcüzə Yarmarkası” uşaqlara sevinc, cəmiyyətə ümid yaratdı

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank" tərəfindən həyata keçirilən “Möcüzə Yarmarkası” sosial layihə...