Alişan boşanır? - Qızının ad günü tədbirinə qatılmadı

Alişan boşanır? - Qızının ad günü tədbirinə qatılmadı
Türkiyəli müğənni Alişanın boşandığı istiqamətindəki iddialar gündəm olub.
 
Sfera.az bildirir ki, ifaçının ötən gün qızı Elizin 1 yaşı tamam olub. Alişanın həyat yoldaşı Buse Varol qızı üçün lüks bir oteldə məclis təşkil etsə də, Alişan ailə arasında bir tədbir keçirib. Bununla bağlı müğənni "Kişilərin qatılmadığı məclis olduğuna görə Busenin ad günü təşkil etdiyi yerə getmədim”, deyə bildirib. Varol isə, "Suzan ana (qaynanası) ilə bir problemimiz yoxdur. Heç kim məni evə dəvət etmədi. Hamısının kədərinə hörmət edirəm, amma Eliz bir daha 1 yaşını qeyd etməyəcək. Mənim keçirdiyim tədbirə gəlincə isə, onu Alişan təşkil etmişdi. Onun rəhmətli qardaşı Selcukun həyat yoldaşı Merve də gələcəkdi, son anda istəmədilər”, - deyə söyləyib.

Sözügedən hadisə  Türkiyə mətbuatında cütlük arasında "soyuq küləklərin əsməsi” kimi qiymətləndirilib. Yaxın zamanlarda ikilinin boşanacağı istiqamətində iddialar sürətlə yayılıb.

Qeyd edək ki,  Alişan və Buse 2018-ci ildə ailə həyatı qurublar. Onların bu evlilikdən Burak və Eliz adlı iki övladı var.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Həmin uşaqların müavinəti niyə kəsilib? - Rəsmi açıqlama

Bu il iyunun 1-dən etibarən 18 yaşı tamam olmamış və valideynlərindən biri məcburi köçkün​ olmayan şəxslərin vahid aylıq müavinətlərinin (“çörəkpulu&...

Sabah Bakıda mühüm konfrans baş tutacaq

İyunun 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq ...

"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi - FOTOLAR

Bakıda şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqların  cəmiyyətə mesaj verdiyi, onların fikir və  duyğularına, arzu və xəyallar...

Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən  keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə y...

"Rabitəbank"ın “Möcüzə Yarmarkası” uşaqlara sevinc, cəmiyyətə ümid yaratdı

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank" tərəfindən həyata keçirilən “Möcüzə Yarmarkası” sosial layihə...

"Qalatasaray" "Bavariya"nın ulduzunu ALIR

"Bavariya"lə müqaviləsinin sonuna yaxınlaşan alman ulduz Leroy Sane ona təqdim olunacaq bütün təklifləri dinlədikdən sonra gələcəyi ilə bağlı qər...