Azərbaycanda İƏT-in Təmiz Enerji Mərkəzi yaradılacaq

Siyasət
15:47 / 27.11.2021
907
Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub.
Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən İƏT-in xarici işlər nazirlərinin toplantısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Bu mərkəz Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənaye İnkişafı Təşkilatının (UNİDO) Davamlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin bir hissəsi olaraq yaradılır", - nazir bildirib.
Bundan başqa, M. Çavuşoğlu, İƏT-in Ticarət və İnkişaf Bankının (ECOBANK) dəstəyə ehtiyacı olan digər mühüm qurum olduğunu bildirib: "Bankın institusional və maliyyə imkanları artırılmalıdır. İƏT-in bütün üzvlərini banka qoşulmağa dəvət edirik”.