Qarbağdakı Rusiya sülhməramlılarının komandanı o təyin olundu

Sfera.az xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan” yayıb.
Məlumata əsasən, Ermənistanın müdafiə naziri Arşak Karapetyan rus sülhməramlılarının yeni komandiri Mixail Kosobok ilə görüşüb. Həmçinin qeyd olunub ki, Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandiri polkovnik Dmitri Ovçarov da görüşdə iştirak edib.
Qeyd edək ki, bir nüçə gün əvvəl Mixail Kosobokovun adı Rusiya sülhməramlı kontingentinin komandiri vəzifəsinə əsas namizəd olara hallanırdı. Mixail Kosobokov əvvəllər Cənub Hərbi Dairəsinin 58-ci ümumqoşun ordusunun komandirinin müavini vəzifəsində çalışıb. O, həmçinin Abxaziyadakı Rusiya hərbi bazasına da rəhbərlik edib.
Xatırladaq ki, hələ may ayında rotasiya qaydalarına əsasən, Rüstəm Muradovu Cənub Hərbi Dairəsinin komandir müavini Aleksey Avdeyevin əvəz edəcəyi deyilirdi. Lakin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə görə, Muradov o zaman öz vəzifəsində qalmışdı.