“Kremldə ondan narahatdırlar ki...” - Açıqlama

Siyasət
16:14 / 08.09.2021
1176
"ATƏT-in Minsk qrupunun bölgədə olmaq niyyəti Rusiya
üçün narahatlıq yaradır".
Sfera.az
xəbər verir ki, bunu politoloq Elman Vəliyev deyib.
O, Rusiya
sülhməramlılarının mandatının rəsmi Bakı tərəfindən ratifikasiya edilməməsinin
də rəsmi Kremldə narahatlıqla qarşılandığını deyib:
"Azərbaycan
tərəfi Ermənistanın danışıqlara müsbət yanaşmasına qarşı müsbət cavab verəcək.
Ermənistan tərəfi delimitasiyada özlərinin təkliflərini də irəli sürəcək. Lakin
bu tkliflərin ancaq az bir hissəsi qəbul edilə bilər. Türkiyə ilə avtomobil və
dəmir yol nəqliyyatı əlaqələri müzakirə ediləcək, bu barədə irəliləyişlər görmək
olar. Münaqişə tərəfləri arasında irihəcimli müharibə gözləmək olmaz. Ancaq lazımlı
zamanda güc amillərindən istifadə ediləcək. Moskvanın vasitəçiliyi ilə üçtərəfli
danışıqlar masası yenidən qurula bilər. Gürcüstan vasitəsilə də münaqişə tərəfləri
arasında dialoqlar mümkün ola bilər".
Ekspert Qarabağın
statusunun Ermənistan üçün problem olaraq qaldığını vurğulayıb:
Əzizə
Zeynal
Sfera.az