“Əsirləri qaytarmaq üçün Qırmızı Xaç Komitəsi var, Muradov öz işiylə məşğul olsun” - ETİRAZ

12:49 / 08.09.2021
1448
Ötən gün
Ağdərədə tutulan hərbi qulluqçumuz iki erməni əsirlə dəyişdirilib. Prosesdə Qarabağdakı
Rusiya sülhməramlı kontingentinin sabiq komandanı Rüstəm Muradovun birbaşa
iştirakı və rolu olub.
Ancaq Rüstəm
Muradovun bu məsələdə iştirakı birmənalı qarşılanmadı, onun sülhməramlıların
komandanı kimi öhdəsinə düşən əsas funksiyalardan kənarlaşması sərt tənqid
olundu.
Mövzu ilə
bağlı Sfera.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov da sülməramlıların
komandirinin hərbi əsirlərlə bağlı məsələylə məşğul olmasının düzgün olmadığını
bildirib:
"İndiyədək
Rüstəm Muradovun gördüyü iş onun general adına layiq deyil. Rüstəm Muradov
separatçıları zərərsizləşdirmək əvəzinə, hərbi əsirlərlə məşğul oldu. Bu
prosesi yerinə yetirmək üçün Beynəlxalq Qırmızı Xaç komitəsi var. Əgər Azərbaycanda
komitənin nümayəndəliyi olmasaydı, onda Rüstəm Muradovu hardasa başa düşmək
olardı. Ümumiyyətlə, Rusiya tərəfi nə etdiyini bilmir. Sülhməramlılar da bu səbəblə
regiona ancaq əxlaqsız davranışlar gətirib".
Ekspert
Rüstəm Muradovdan sonra təyin olunan istənilən şəxsin eyni xətti tutacağını
bildirib. Ü.Cəfərov Qarabağda baş verənlərə ciddi nəzarətin Rusiya hakimiyyəti
tərəfindən təşkil oluna biləcəyini deyərək, Rusiyanın bu məsələdə maraqlı olmadığını
qeyd edib:
"Qarabağdakı
Rusiya sülhməramlı kontingentinin komandanı kimliyindən asılı olmayaraq,
Rusiyanın kuklasıdır. Putin, Lavrov və Şoyqu bu gün 170 milyonluq Rusiya ilə
istədiyini edirlər. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bildirir ki,
kiməsə silah satıb-satmamaq onların suveren hüququdur. Bu qadından soruşmaq lazımdır
ki, sülh yaratmaq missiyası nədir, terrorçuya silah satmaq nə deməkdir?
Əzizə
Zeynal
Sfera.az