“Sülhməramlı qüvvələrin təxribatları genişlənəcək” – Politoloq

Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert Rusiya sülhməramlı qüvvələrinin Qarabağda etnik ermənilərin yaşadığı ərazilərdə fəaliyyətinin bundan irəli gəldiyini bildirib:
"Rusiyanın bu siyasətinin qarşısının alınması istiqamətində prezident İlham Əliyev tərəfindən tədbirlər həyata keçirilir.
Rusiya Qarabağda məhz prosesi böhrana yuvarlamaq üçün, separatçılara tam dəstəyi ifadə etmək üçün Gürcüstanın Abxaziya regionunda hərbi qüvvələrinin komandanını Qarabağda sülhməramlı qüvvələrinin komandanı vəzifəsinə gətirir. Bundan sonra, biz sülhməramlı qüvvələrinin fəaliyyətində təxribatların genişlənəcəyini gözləməliyik. Rusiya tərəfi bunun komandanın "öz fəaliyyəti" olduğunu qeyd edəcək".
Politoloq yaxın zamanlarda Türkiyə hərbi bazasının Laçın və Kəlbəcərdə yerləşdirilə biləcəyini qeyd edib:
"Rusiyanın artan siyasi-hərbi təziqlərinin qarşısını almaq və Laçın dəhlizinə nəzarət etmək üçün təzyiqləri artırmaq məqsədilə Türkiyə ordusu ilə Laçında hərbi taktiki təlimlərin keçirilməsi doğru strateji addımdır.
Artıq Türkiyənin hərbi bazasının yaxın vaxtlarda Laçında və yaxud Kəlbəcərdə qurulmasının şahidi ola bilərik. Türkiyə hərbi bazasının Laçın və Kəlbəcərdə olması Rusiya və Ermənistanın təxribatlarının qarşısını alacaq. Bu, həm də Zəngəzurda Rusiyanın 102-ci bazasının hərbi bölməsinin qurulmasına cavabdır".
Əzizə Zeynal
Sfera.az